Yayla şorbası



Ərzaqlar:



2/3 st yumru düyü

2 ədəd yumurta sarısı

3 x.q un

4 st qatıq

8 st su

Duz

25 q kərə yağı

2 x.q nanə


Hazırlanması:

Düyünü təmizləyib yuyub üstünə 6 st su töküb bişməyə qoyuruq.



Başqa bir qaba qatığı, yumurta sarısını, unu və qalan suyu əlavə edib çalırıq.



Düyü bişdikdə qatıqlı qarışığı az-az üstünə töküb tez-tez qarışdırırıq. Qaynamağa başladıqda 5-10 dəqiqə qarışdırıb duzunu tökürük.



Tavada kərə yağını əridib nanə qurusunu töküb 2-3 dəqiqə qarışdırıb götürürük.



Kərə yağında olan nanəni yeməyə əlavə edib qarışdırırıq. Yayla şorbası hazırdır.



Şorbanı isti-isti süfrəyə veririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Kiçik küftələrlə noxudlu şorba
Ərzaqlar: 1 st bişmiş noxud 3 x.q yumru düyü 2 st qatıq 2 x.q un 6 st su Küftə üçün: 250 q çəkilmiş ət 1 baş soğan Duz İstiot 1 x.q nanə
.Qatıqlı bulğur (yarma) şorbası
Ərzaqlar: 1 st bulğur 1 ədəd yumurta 1 x.q un 2 st qatıq 9 st su Duz 2 x.q əridilmiş kərə yağı 1 x.q nanə qurusu Hazırlanması: Bulğuru y
.Qaymaqlı brokoli şorbası
Ərzaqlar: 500 q brokoli 1 ədəd kök 1 ədəd kartof 1 ədəd baş soğan 1 paket krem qaymaq 2 x.q un 2 x.q əridilmiş kərə yağı Duz İstiot Su (ət y
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Ronaldo (09 iyun 2017 16:30)
Yaxsi reseptdir ,sadece duyu cox yazilib ,men indi bisirdim duyusunu de oz bildiyim kimi toktum ,yeni yarim stekandan biraz cox ,ela alindi .ustune yarimdene limonun suyunu sixanda lap ela olur.
Nigar (18 mart 2017 17:57)
Sada xanım,iki stekan çoxdu axı.Burda yazılıb 2/3 stekan.Yeni ki,bir stekani fikrinizde 3yere bölüb onun iki hissesini tokmeli idiniz.Yarım stekandan çox ,bir stekandan az.
Nigar (18 mart 2017 17:57)
Sada xanım,iki stekan çoxdu axı.Burda yazılıb 2/3 stekan.Yeni ki,bir stekani fikrinizde 3yere bölüb onun iki hissesini tokmeli idiniz.Yarım stekandan çox ,bir stekandan az.
Sada (18 mart 2017 16:23)
Duyusu cox oldu yaman hele 2 st tokdum cox qati cixdi
Reseptaz (14 yanvar 2016 09:05)
cox sag olun
no name (13 yanvar 2016 20:15)
Cox dadlı alındı. Allah sizden razı olsun.
Reseptaz (20 iyun 2015 15:08)
Salam. Sayıtımızda asan reseptlər var buyurub baxa bilərsiniz. Nuş olsun.
rəna (17 iyun 2015 12:26)
salam men sizdən asan və ucuz hazırlanan yemey repti istiyirem. teşekkürler
Reseptaz (22 dekabr 2014 23:16)
Nuş olsun.
Elya (20 dekabr 2014 22:46)
Men bişirdim ve çox dadlı alındı. Kere yağında quru naneden başqa ezilmiş sarımsaq elave edib,texminen 1deqiqe qizartdım,qatığa da bir az mayonez qatdım.
Reseptaz (11 dekabr 2014 22:25)
Salam. Adi nanə olsa yaxşı olar yoxsa tamı çox tünd olar. NUş olsun.
Ilahe (10 sentyabr 2014 12:57)
Salam,esl qiw yemeyidir,isti ve asant hazirlanan.Nane adi nae olsun,yoxsa nane covher de ola bilermi?tewekkur.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.