Yaşıl mərci şorbası



Ərzaqlar:



1 st yaşıl mərci

2 ədəd baş soğan

2 ədəd kartof

2 ədəd pomidor

2 x.q əridilmiş kərə yağı

Keşniş

Duz

Istiot


Hazırlanması:

Mərcimək təmizlənib yuyulur və 5-6 saat suda qoyulur.



Sonra qazana 6 st su töküb qaynadırıq və mərciməyi əlavə edib 45 dəqiqə bişiririk.

Sonra kartofun qabığı soyulub yuyulur və mərciməyə əlavə edilir.



Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.



Tavada soğana yağ və duz əlavə edib qızılı rəngdə olana qədər qızardırıq.



Pomidorun qabığını soyub xırda doğrayırıq.



Doğradığımız pomidoru qızartdığımız soğana əlavə edirik. Suyu çəkilib yağa düşənə qədər qovururuq.



Sonra soğan qovurmasını yeməyə əlavə edirik.



Hazır olana yaxın duz və istiotunu da tökürük.Yeməyi süfrəyə verdikdə üstünə xırda doğranmış keşniş səpirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yerkökü şorbası
Ərzaqlar: 5 ədəd kök 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q. əridilmiş kərə yağı. Duz İstiot 8 st su ya da suyun yarısı ət ya da toyuq suyu H
.Kiçik küftələrlə noxudlu şorba
Ərzaqlar: 1 st bişmiş noxud 3 x.q yumru düyü 2 st qatıq 2 x.q un 6 st su Küftə üçün: 250 q çəkilmiş ət 1 baş soğan Duz İstiot 1 x.q nanə
.Qatıqlı bulğur (yarma) şorbası
Ərzaqlar: 1 st bulğur 1 ədəd yumurta 1 x.q un 2 st qatıq 9 st su Duz 2 x.q əridilmiş kərə yağı 1 x.q nanə qurusu Hazırlanması: Bulğuru y
.Qaymaqlı brokoli şorbası
Ərzaqlar: 500 q brokoli 1 ədəd kök 1 ədəd kartof 1 ədəd baş soğan 1 paket krem qaymaq 2 x.q un 2 x.q əridilmiş kərə yağı Duz İstiot Su (ət y
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
12345 (29 sentyabr 2017 21:39)
Xanimlar mercini hec cigirtma formasinda bisirmisinizmi?. Isterdim sizlerle bolusem bisirmek istesez. Yasil mercini suda qaynadib suzursuz. Daha sonra soganlari uzun uzun sekilde dograyirsiz. Tavaya yag atib hemin soganlari yaxsica qovurursuz duzunu ,istiotunu , cay qasiginin ucunda sarikokunu qatirsiz. Soganlar yaxsica qovrulan kimi suzduyunz mercini soganin uzerine tokun. Cox az soganla qovrulsun uzerine yumurtasini vurun. Bisdi. Nus olsun.
İlahə (13 noyabr 2016 11:34)
Hazl hazırda bişirrəm..İNŞALLAH
selale (23 oktyabr 2016 11:31)
hee damla xanim xosunuza gelmedi pisirmiyersiz- daa
sabina (23 oktyabr 2016 11:25)
damla xanim pisdi niye baxirdiz?lap eledi
damla (23 oktyabr 2016 11:23)
adi mercidi da ele sisirdirsizki
Fidan (05 sentyabr 2016 20:05)
Biz terefde merci qaynayandan sora suzurler suyunu atmirlar ama, mercini masindan kecirib tokurler hemin suya 15-20 deq.de bisir orda
xanim (05 sentyabr 2014 15:41)
Dadli olar pisirecem
Reseptaz (21 avqust 2014 01:08)
Nuş olsun.
lale (21 may 2014 11:32)
Ela gorunur.hazirlayiram.meslehet gorurem
Yegane (08 aprel 2014 14:04)
Hal hazirda bisirirem insAllah dadli olar
lale (23 oktyabr 2013 19:50)
bananli bilincik

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.