Yaşıl lobya (paxla) çığırtması



Ərzaqlar:



500 q yaşıl lobya (paxla)

2 ədəd baş soğan

2 ədəd yumurta

2 x.q əridilmiş kərə yağı

Duz

Istiot


Hazırlanması:

Lobyanı təmizləyib yuduqdan sonra üstünə su töküb qazın üstündə bişiririk.



Soğanın qabığını soyub yuduqdan sonra doğrayırıq.



Doğranmış soğanın üstünə duz və yağ töküb qızılı rəngdə olana qədər qovururuq.



Qovrulmuş soğanın üstünə bişmiş paxlanı əlavə edib qovururuq. Duz və istiotuna baxıb əlavə edirik.



Tamam qovrulanda yumurtanı sındırıb duz əlavə edib çalıb tökürük.



Yumurta bişdikdə yeməyimiz hazır olacaq.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Guler (29 iyun 2015 15:19)
Paxla cigirtmasini cox sevirem
saşa (31 may 2015 13:30)
salamlar
saşa (31 may 2015 13:28)
felək səni güldürəndə gülmüsən hünərin var ağladanda gülümsə!

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.