Yağlı xəmirdən gül börək



Ərzaqlar:



12 ədəd 10x10 ölçüdə hazır yağlı xəmir

2 dəqsə cəfəri

250 q kəsmik

1 ədəd yumurta

1 x.q çörək otu

Duz

Yaymaq üçün 3-4 x.q un


Hazırlanması:

Cəfərini təmizləyib yuyub xırda doğrayırıq.



Xəmirin birini götürüb altına və üstünə un səpirik.



Uzunsov yayırıq.



Yaydığımız xəmiri iki yerə bölürük.



Xəmirin ortasına kəsmikdən qoyuruq.



Cəfəridən səpirik. Zövqə görə duz tökürük.



Yanlarını bərkidirik.



Şəkildəki formada bükürük.



Bütün yağlı xəmirləri bu formada hazırlayırıq. Soba qabına kağız sərib yığırıq.



Üstünə yumurta çəkib çörəkotu səpirik.



210 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.



İsti ya da soyuq yeyə bilərsiniz.



Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
.Yağlı xəmir ilə qiyməli piroq
Ərzaqlar: 350 q çəkilmiş ət 2 baş soğan Duz İstiot 2 x.q əridilmiş kərə yağı 800 q yağlı xəmir (hazır napoleon üçün xəmir) Üzü üçün: 1 ə
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (22 yanvar 2015 20:32)
Nuş olsun.
Nazan (19 yanvar 2015 14:48)
Chox beyendim inaniran ushaqlar chox beyener
Reseptaz (10 yanvar 2015 17:25)
Nuş olsun.
gulzar (08 yanvar 2015 23:24)
yağlı xəmirdən nə etsən dadlı alınır...amma görnüşü çox xoşuma gəldi .inşallah edəcəm...
Reseptaz (20 avqust 2014 13:12)
Olar. İstədiyiniz içliyi qoya bilərsiniz.
xanim (19 avqust 2014 19:52)
Salam icine qiyme vurmaq olar
Reseptaz (08 fevral 2014 17:10)
Salam. Dadlıdır.Siz də bişirin xoşunuz gələcək.Kəsmik əvəzinə penditdə istifadə edə bilərsiniz.Təşəkkürlər.
turkane (06 fevral 2014 13:30)
salam bilmirem dadi necedi ama gorunusce qesengdi prob eliyenler yazsin gorek necedi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.