Xırda küftəli tel şəhriyyəli şorba



Türk mətbəxi

Ərzaqlar:



300 q çəkilmiş ət

2 x.q əridilmiş kərə yağı

6 st qaynadılmış isti su

1/2 st tel şəhriyyə

2 x.q pomidor məti

Duz

Istiot


Hazırlanması:

Çəkilmiş ətin üstünə duz və istiot töküb yaxşı qarışdırırıq.



Qiymədən fındıq boyda küftəciklər düzəldirik.



Qazana yağı töküb əridib küftəcikləri tökürük. Arada qazanı sirkəliyirik. Qaşıqla qarışdırmayı ki dağılmasın.




5-10 dəqiqə qovrulduqdan sonra üstünə pomidor mətini töküb qarışdırıb suyu tökürük.




20-25 dəqiqə sonra şəhriyyəni əlavə edirik. Yeməyin duzuna baxıb zövqə görə duzunu əlavə edirik.



Şəhriyyə bişdikdə yeməyin istiotunu da əlavə edib götürürük. Zövqə görə istədiyiniz göyərtini doğrayıb tökə bilərsiniz.



Nuş olsun!

OXŞAR YAZILAR
.Kiçik küftələrlə noxudlu şorba
Ərzaqlar: 1 st bişmiş noxud 3 x.q yumru düyü 2 st qatıq 2 x.q un 6 st su Küftə üçün: 250 q çəkilmiş ət 1 baş soğan Duz İstiot 1 x.q nanə
.Qatıqlı bulğur (yarma) şorbası
Ərzaqlar: 1 st bulğur 1 ədəd yumurta 1 x.q un 2 st qatıq 9 st su Duz 2 x.q əridilmiş kərə yağı 1 x.q nanə qurusu Hazırlanması: Bulğuru y
.Qaymaqlı brokoli şorbası
Ərzaqlar: 500 q brokoli 1 ədəd kök 1 ədəd kartof 1 ədəd baş soğan 1 paket krem qaymaq 2 x.q un 2 x.q əridilmiş kərə yağı Duz İstiot Su (ət y
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Meryem (11 fevral 2015 18:20)
Salam xanim.tel sehriyye nedir?zehmet olmasa yaza bilersiz?
Reseptaz (17 iyul 2014 09:20)
yox bu reseptde sogan yoxdur. amma istifade ede bilersiniz
Reseptaz (17 iyul 2014 09:19)
cox sag olun, tesekkurler.
pari (16 iyul 2014 18:45)
salam,bes sogandan istifade olunmur?
mah (11 iyul 2014 18:04)
nam-nam!ellerinize saglig RESEPT.AZ, hemiseki kimi supersiniz ve bizlere ferqli en esasi cooooooox dadli,leziz yemekler buyurursunuz.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.