Xingal



(Azərbaycanın milli xəmir xörəklərindən olan xingalın bir növü)

(6 nəfərlik)

Ərzaqlar:



Xəmir üçün:

4 st un

1 ç.q duz

1 yumurta

1/3 ç.q sarıkök

Təxminən 1 st ilıq su

Yuxaları yaymaq üçün 2-3 x.q un

Üstü üçün:

1 ədəd toyuq

3 ədəd baş soğan

3 x.q əridilmiş kərə yağı

8-9 alça turşusu

1/3 ç.q sarıkök

3 yumurta

duz

istiot

Üstünə tökmək üçün:

1 kasa qatıq

2 diş sarımsaq.

Əridilmiş kərə yağı


Hazırlanması:

Soğanı soyub təmizlədikdən sonra yuyub xırda doğrayırıq.



Üstünə yağ və duz töküb qızılı rəngdə olana qədər qovururuq. Tam qovrulandan sonra sarıkök əlavə edirik.



Toyuğu doğrayıb təmiz yuyuruq. Doğranmış toyuğu qovrulmuş soğanın üstünə töküb 10 dəqiqə qovururuq. Alça turşularını da əlavə edirik.





Üzünə çıxana qədər su əlavə edirib duz və istiotunu töküb vam odda 1-1,5 saata bişiririk. (Toyuğun əti tam bişməlidir)(kənd toyuqları bilirsiniz ki, yaşına görə gec ya tez bişir)



Toyuq tam hazır olanda yumurtanı sındırıb duz və istiot səpib çalırıq və yeməyin üstünə töküb qarışdırırıq. (Yumurtanı yeməyə tökəndə qazı çox yandırın ki, yumurta çürüməsin)





İndi isə xəmiri hazırlayaq. Unu duzu yumurtanı və suyu əvvəl qaşıqla sonra əlimizlə qarışdırıb normal xəmir yoğururuq.





Xəmirdən balaca kündələr düzəldirik.



Adi yuxa qalınlığında yayırıq.



Yaydığımız yuxaları sacın üstündə təpidirik. Yuxalar soyuyub qurumasın deyə salafan pakete yığırıq.







Hamısını bişirib qurtardıqdan sonra bıçaqla şəkildəki kimi doğrayırıq.



4 litrlik suya 1ç.q duz əlavə edib qaynadırıq. (İstəsəniz yuxalarınız heç bir –birinə yapışmasın suya 1-2 x.q. yağ tökə bilərsiniz) Yuxanı tökə-tökə suyu qarışdırırıq ki, bir-birinə yapışmasın. Su qaynayanda kəsdiyimiz yuxaları töküb bişiririk.10-15 dəqiqəyə yuxalar bişəcək.





Bişmiş yuxanı aşsüzəndən süzürük.



Sarımsağı əzib qatıqla qarşdırırıq.



Bişmiş yuxanı töküb üstünə hazırladığımız toyugu tökürük. Zövqə görə istəsəniz əlavə olaraq əridilmiş kərə yağı tökə bilərsiniz.

Süfrəyə veriləndə yanında sarımsaqlı qatıq qoyuruq.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
lala27 (18 mart 2017 18:14)
rtfry
aykA (11 dekabr 2015 14:12)
biz xingelin xemirini bele edirik ammatoyuq qatmiriq sub elemirik
Guler (28 iyun 2015 16:05)
Esil qiw ucun du bu yemek, xeste olanda yeyesen tez sagalar
Reseptaz (09 fevral 2014 23:29)
leyle xanım bir dəfə bu reseptlə bişirib xingal yeyin. Onda yediyiniz xingal ilə fərqini görəcəksiniz.Təşəkkürlər.
leyla (08 noyabr 2013 22:25)
yumurtali xengel xosuma gelmedi xangal yaxsi yemekdir amma bu cur qarasiz ancaq fars eti soganla qovrulmus sekilde xoslayiram yenede ellerinize sagliq herenin bir zovqu var
Reseptaz (08 noyabr 2013 21:39)
nush olsun..
jale (08 noyabr 2013 20:27)
choooox gözeldi.esl payiz ve qiw yimeyidir.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.