Xəşil



Ərzaqlar:



(2 nəfərlik)

1 st un

3 st qaynadılmış soyuq su

1/3 ç.q duz

Üstü üçün:

Bəhməz (doşab)

Əridilmiş kərə yağı

Şəkər tozu


Hazırlanması:

Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq.



Ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın.



Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk.



Yemək getdikcə qatılaşacaq. Qatılaşanda 3-5 dəqiqə də dayanmadan qarışdırıb götürürük.Yemək hazır olan kimi tez boşqablara töküb ortasını qaşıqla çökək formada düzəldirik.



Üstünə qaynar əridilmiş yağ, bəhməz və şəkər tozu tökürük.  Bu yeməyi bəzən şəkər tozu əvəzinə bal ilə də yeyirlər.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Jale (01 oktyabr 2017 10:00)
Çox təşəkkür edirəm.Sizin səhifənizdən dəyərli məsləhətlər əldə edirik.Nəyisə bilməyəndə arxayın oluram ki,köməyimə çatanım var.Təşəkkürlər.
gulya (22 avqust 2017 17:13)
gozel yemekler
Reseptaz (09 iyun 2017 09:30)
Çox sağ olun. Elə səhifəmin məqsədi də hamıya faydalı olmasıdır. Bunu sizlərdən eşitmək mənim üçün çox xoşdur.
İlahə (08 iyun 2017 13:48)
Mən bu səhifəni çox sevirəm.bir bilsəz nə qədər yemək bişirmişəm bu səhifəyə baxıb.Allah razı olsun əməyi keçənlərdən.hır hazırladığım yeməkdə çox bəyənilib.Təşəkküredirəm sizə və hır.zaman dua edirəm
negizim (01 fevral 2017 09:16)
ESL bu gunki havanin yemeyidi
Reseptaz (15 dekabr 2016 09:22)
Nuş olsun
Nurana (14 dekabr 2016 17:37)
Indi biwirdim ela alindi, cox sagolun. nece gundu yemek isteyirdim, bilmirdim ne geder suya ne geder un qatmaq lazimdi.Ama men mikserdem caldim birdanada duyun alinmadi
Günel Ələkbərova (09 iyun 2016 15:10)
Anam həmişə bişirərdi... Mən də çox xoşlayıram. Bölüşdüyünüz üçün çox sağ olun.
Aide (04 aprel 2016 11:33)
Salam. Coxdan bisirmek isdiyirem ancaq risk elemirdim. Qaynatam dedi xwsil isdiyirem mende ureklendim sizin reseple bisirdim. Cox gozel alindi uzumu ag eledi)) cox sag lun
Nur (06 dekabr 2015 07:41)
Cooox sag olun. Kenanin mamasi men de ele edirem amma blendr sag olsun :)
Guler (28 iyun 2015 16:17)
Hec yememwem
Reseptaz (12 noyabr 2014 21:53)
Salam. Çox sağ olun. Təşəkkür edirik.Nuş olsun.
kenanin mamasi (01 noyabr 2014 21:30)
Tewekkur edirem.Men xewili cox cetin variantda su qaynaya qaynaya ununu tokub hazirlayirdim .Hemiwe de icinde topaciqlar qalirdi.
minis (05 sentyabr 2014 23:58)
salam biz xesile duyude qatiriq duyunu bisirib uzerine un tokub yaxsi qarisdiririq sonra deme qoyuruq hem qazmagi olur hemde topa topa durur tam nemi cixir yagla bekmezle yeyilir mence esl xesil budu

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.