Xəmiraşı



Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:



300-400 q çəkilmiş qoyun ya da mal əti

1 st bişmiş lobya

1 ədəd baş soğan

2 x.q əridilmiş kərə yağı

1ç.q nanə qurusu

Duz

Istiot

Zövqə görə keşniş və şüyüd

Xəmir üçün:

1 st un

1 yumurta

1/4 ç.q duz

Su aparanadək (ilıq su)

Yuxanı yaymağa əlavə 2-3 x.q un


Hazırlanması:

Una yumurta, duz və su əlavə edib normal xəmir yoğururuq.



Bir kündə olur.



Çəkilmiş ətə söğanı sürtgəcdən keçirib duz və istiot töküb qarışdırırıq.



Balaca küftəciklər hazırlayırıq.



Kündəni un töküb nazik yuxa yayırıq.



Yuxanı unlayırıq.



Oxlova bükürük.





Oxlovu içindən çıxardırıq.



Bıçaq vasitəsi ilə nazik lentvari kəsirik.





Su qaynamağa başlayanda duz töküb küftəcikləri icinə tökürük. Kəfini yığdıqdan sonra yağını tökürük. 30 dəqiqə qaynayır.Sonra lobyanı da əlavə edirik.



Yeməyin suyunu qarışdıra-qarışdıra kəsdiyimiz xəmi tökürük.



15-20 dəqiqə qaynayır. Sonra zövqə görə keşniş və şüyüd xırda doğrayıb tökürük. Nanə qurusu əlavə edirik.



Bir daha duzuna baxıb yetərincə duzunu töküb istiotunu əlavə edirik.



Nuş olsun!

OXŞAR YAZILAR
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
.Brokoli şorbası
Ərzaqlar: 2 balaca baş brokoli 1 ədəd baş soğan 1ədəd kartof 1 ədəd kök 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz Istiot 5 st su ya da ət suyu
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
.Darı şorbası
Ərzaqlar: 1/2 st darı 2 ədəd baş soğan 1 x.q pomidor məti(tomat) 2 x.q əridilmiş kərə yağı 1 ç.q nanə qurusu Duz İstiot 5 st ət ya da toyuq suy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
NUR (18 fevral 2016 09:41)
Salam xais edirem imkan daxilinde SÜRHÜLLU nün hazirlanmasini da saytimizda veresiz.
Reseptaz (20 fevral 2015 20:24)
3,5 l su tökülür. Nuş olsun. Yenə də qatılığına özünüz baxın.
elza (20 fevral 2015 16:01)
neqeder su tokulur qazana
Reseptaz (16 noyabr 2013 16:37)
elimizden geldiyi qeder calisiriq ki, az bisirilen yemekleri teqdim ede bilek..
Lady (15 noyabr 2013 14:30)
Bu gözəl xörəklərə görə sizə dönə dönə təşəkkür edirəm.Çünki öz milli mətbəximiz mükəmməldi.Sizdə bizə unudulan yeməklərimizi xatırladırsız.Zəhmət olmasa bu yöndə yeməklər çox təqdim edərdiz.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.