Xamalı limonlu keks



Ərzaqlar:



100 q kərə yağı

200 q xama

3 ədəd yumurta

1 st şəkər tozu

1 paket qabartma tozu

1 ədəd limon qabığı

3 st un

Şirəsi üçün:

1/2 st şəkər tozu

1 ədəd limonun suyu


Hazırlanması:

Yumşaq kərə yağını, şəkər tozunu və yuyulub sürtgəcdən keçirilmiş limon qabığını mikserlə çalırıq.



Yumurtanı əlavə edib çalırıq.



Xamanı əlavə edib tam qarışanadək çalırıq.



Qabartma tozunu və unu əlavə edib əvvəl aşağı sürətlə mikserlə çalırıq sonra isə qaşıqla yaxşı qarışdırırıq.



Qabı kərə yağı ilə yağlayırıq.



Xəmiri qaba tökürük.



180 dərəcə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk.



Keks bişənədək şirəsini hazırlayırıq. Limonun suyunu bir qaba sıxıb üstünə şəkər tozunu tökürük.



Qazanı ocağa qoyub dayanmadan qarışdırırıq. Şəkər tozu əriyən kimi tez götürürük.



Keks sobadan çıxan kimi üstünə soyuq şirəni tökürük.



Tamam soyuduqdan sonra qabdan çıxarırıq.

Zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.




Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (12 aprel 2016 09:31)
Salam, bəli edə bilərsiniz.
lale (11 aprel 2016 14:22)
Salam ressept az.Coox xaiw edirem cavab yazardiz bu u keksi limonsuz kiwmiwnen elemey olar??onceden twk
Reseptaz (14 mart 2016 22:48)
Təşəkkür edirik.
Xanmmmmmm (06 mart 2016 18:27)
Sehife superr
Xanmmmmmm (06 mart 2016 18:25)
Superrrrr
Reseptaz (29 fevral 2016 22:28)
Nuş olsun.
Aynur (25 fevral 2016 00:08)
Super alindi.Cox tesekkur edirem.Demeli,men sireye bir az da su qatdim ki,cox qati olmasin.Xamani da qatiqla evez etdim.Ela cixdi.Qeseng shishdi))
Melek (16 yanvar 2016 15:45)
Salam xamani qatiqla evez etmek olarmi?
Reseptaz (02 sentyabr 2015 23:00)
Şərbəti istəmirsiniz tökməyin. Nuş olsun.
Şeyda (25 avqust 2015 19:50)
Bu keks üçün şərbəti hazırlamaq vacibdir?
Və şərbətdəki şəkər tozuna 1 limon suyu az olmaz ki?
Zəhmət olmasa suallarıma cavab yazın, indidən təşəkkürlər...
fatime (10 iyul 2015 21:53)
superdi
Reseptaz (05 may 2015 22:35)
Təşəkkürlər..
Bahar Əlizadə (05 may 2015 22:16)
Salam əladı eee eynən qabartma tozunun üzərindəki keks kimidir.. 41 kere maşallah. Tü tü tü
Reseptaz (05 may 2015 22:08)
Salam. Təşəkkür edirik. Olar çay qaşığının yarısından tökə bilərsiniz. Nuş olsun.
Gunel (30 aprel 2015 03:04)
Salam.resepte gore coxsagolun.olarki gabartma tozunun evezine soda ve negeder? Evvelceden tewekkur:)
Damla (21 fevral 2015 18:17)
Size derin tesekkurler ela alindi birde xais edirem novruza uygun tort bisirerdiz ALLAH haminizi qorusun
Reseptaz (19 fevral 2015 23:17)
Nuş olsun. Təşıkkür edirik.
nezaket (19 fevral 2015 16:31)
Çox sağ olun asan reseplərə görə mən bu keksi bişirdim çox qəşəng alındı.
Reseptaz (29 dekabr 2014 23:33)
Nuş olsun sağ olun.
SMZM (26 dekabr 2014 15:26)
Bisirdim,cox yaxsi alindi,cox sag olun reseptlere gore.
Reseptaz (15 dekabr 2014 22:39)
Olar. Nuş olsun.
xanim (14 dekabr 2014 15:15)
Salam xanim limonlu wireni tokmesk olar?
Reseptaz (04 dekabr 2014 23:10)
nuş olsun.
lezzetli yemekler (26 noyabr 2014 23:42)
hmmm yaxwi alinir
Reseptaz (17 noyabr 2014 22:09)
Salam. İstəyinizi nəzərə alacağıq. Qab isə materialına görə yapışan ya da yapışmayan olur. Xəmiri tökməzdən kağızdan istifadə etsəniz ya da yaxşı yağlayıb unlasanız xəmir yapışmayacaq. Təşəkkürlər.
Dilare (11 oktyabr 2014 19:53)
Salam xanim birsey sorucam men supermarketde keks bisirmek ucun qablar gordum. amma bir dene qab var idi. Kalçuk ve baha idi. O qabda keks bisirende yanmaz ki??
leyla (09 oktyabr 2014 20:41)
cox sag olun gozel reseptlerdi. bura turk paxlavasinin reseptini de elave etsez super olar

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.