Vitaminlər və minerallar nələrdir?



Vitamin və minerallar insan bədəninin düzgün bir şəkildə işləməsini təmin edir. Hər gün yediyimiz qidaların tərkibində vitamin və mineralların olmasına baxmayaraq, bəzi qidaların tərkibində digərlərinə görə daha çox vitamin və mineral var.

Vitaminlər iki kateqoriyaya ayrılır:

1) Yağda əriyən vitaminlər

2) Suda əriyən vitaminlər

-         Yağda əriyən vitaminlərə A, D, E və K vitaminləri daxildir. Yağda əriyir və bədəninizdə qala bilər.

-         Suda əriyən vitaminlərə isə C və B kompleks vitaminlərini nümunə göstərmək olar (vitamin B6, B12, niasin, riboflavin, vefolat kimi). Bədənin bu vitaminləri sorması üçün əvvəlcə suda əritməsinə ehtiyac var. Bu səbəbdən, bədən bu vitaminləri saxlamır, onları xaricə çıxarır. Yəni hər gün bu vitaminlərdən davamlı şəkildə istifadə etmək sağlamlığınız üçün çox vacibdir.

Vitaminlər (bitki və ya heyvanlardan hasil olan) orqanik (üzvi) maddələrdir. Minerallar isə torpaq və suda əmələ gələ orqanik (üzvi) elementlərdir və milyardlarla bitkilər və heyvanlar tərəfindən yeyilir. Bədəniniz böyümək və sağlam olmaq üçün kalsium kimi bəzi minerallara böyük ehtiyacı var. Eyni zamanda xrom, mis, yod, dəmir, selenium, sink kimi digər minerallara isə bədən gün ərzində daha az ehtiyac duyur.

Hansı vitaminin vəzifəsi nədir?

A vitamini

İnfeksiyalara qarşı müqaviməti artırır, normal böyümə, artım, sümük və dişin inkişafı, görmə qabiliyyəti üçün lazımdır. Bədənin, dırnaqların və saçların sağlam qalmasını təmin edir.  Diş və diş ətləri üçün mühümüm əhəmiyyətə malikdir.

ərik
qulançar
cəfəri
ıspanaq
kök
kərəviz
kahı
portağal
alça
pomidor


D vitamin

Nazik bağırsaqdan kalsiumun sorulmasına kömək edir. Kalsiumun sümüklər və diş ətlərində qalmasını təmin edir.


Balıq yağı
balıq
yumurta
kərə yağı
qara ciyər
ət
tərəvəzlər
günəş


E vitamin

Antioksidantdır. Alsqeymer xəstəliyinin artmasının ləngidir. Yaşlı insanlarda immun sistemini gücləndirir. Hüceyrələrin daha uzun yaşamasını və yenilənməsini təmin edir.


Buğda, dənli bitkilər
Soya yağı
Arı südü
qoz
kahı
vəzəri
kərəviz
cəfəri
ıspanaq
kələm
qarğıdalı yağı
qarğıdalı
yulaf

K vitamin

Qara ciyərə gələn K vitamin laxtalanma amilinin meydana gəlməsində iştirak edir. K vitamini əlavələri yalnız qanaxması olan xəstələrə verilir.

ispanaq
qabaq
kahı
yaşıl pomidor
yaşıl bibər
inək südü
pendir
kərə yağı
yumurta
qırmızı ət
düyü
qara ciyər
qarğıdalı
banan
şaftalı
çiyələk


B1 vitamini

buğda
kəpək
pivə mayası
təzə meyvə-tərəvəz
qoyun əti
sığır əti
balıq əti
yumurta
süd


B2 vitamini

B2 vitamini çatışmazlığı zamanı dildə qızarma, yanma hissi olur, ağız ətrafında və dodaqlarda qızarma, qıcıqlanma, çatlaqlar olur, gözlərdə qaşınma, yanma hissi, katarakta əmələ gəlir, saçlar tökülür, uşaqlarda inkişaf ləngiyir, çəki azalır, həzm problemləri əmələ gəlir.


Qara ciyər
Böyrək
Buğda unu
kartof
ət
süd
yumurta
pendir
kəpək
yaşıl tərəvəzlər
kök
fındıq
yer fıstığı
mərci


B3 vitamini

Kifayət qədər qidalanmadıqda sinir sisteminə təsir edən pelleqra adlı xəstəlik üzə çıxır. Hüceyrələrin oksigendən istifadə edə bilməsi üçün lazımdır. Mədədə həzmin əsasını təşkil edən turşuların əmələ gəlməsini təmin edir.


pivə mayası
kəpək
yer fıstığı
içalat
qırmızı ət
balıq
buğda
lobyakimilər
un
yumurta
süd
limon
qabaq
əncir
portağal
xurma


B 5 vitamini

Təbiətdə bol olduğu üçün bədəndə çatışmazlığına rast gəlinmir. Bağırsaqlarda da az miqdarda əmələ gəlir. Bədəndə çatışmadıqda qanda şəkərin səviyyəsi düşür, əllərdə titrəmə, ürək döyüntüləri əmələ gəlir.


Qara ciyər
qırmızı ət
toyuq
yumurta
çörək
tərəvəzlər


B6 vitamini

Sinir sistemi və hormonların çalışmasını qaydaya salır. Bədənin müqavimətində anticisimlər və leykositlərin əmələ gəlməsində rol oynayır. Bədəndə çatışmadıqda miqren tipli baş ağrısı, qan azlığı, dəridə quruluq, görmə problemləri, keyimə, əzələ zəifliyi və sancılar əmələ gəlir.


Qara ciyər
Böyrək
qırmızı ət
balıq
yumurta
çörək
tərəvəzlər


B11 vitamini

Qırmızı qan hüceyrələri və sinir toxumalarının əmələ gəlməsində rol oynayır. Hüceyrələrin bölünməsi üçün lazımdır. Böyüməyə kömək edir. Ana bətnindəki körpənin sinir sisteminin inkişafı üçün də lazımdır. Bədəndə çatışmadığı təqdirdə, iştahsızlıq əmələ gəlir, çəki azalır, ürək bulantı, ishal, qusma, baş ağrısı, unutqanlıq, ürək döyüntüsü kimi bəzi problemlər ortaya çıxır.


Qara ciyər
Böyrək
qırmızı ət
ispanaq
kahı
yumurta
çörək
portağal
banan


B12 vitamini

Qidalar və ya siqaret kimi vərdişlər bədənə daxil olan sianidi təsirsiz hala gətirir. Bədəndə çatışmadığı təqdirdə həssaslıq artır, şişmə, qızarma, qarabasma, depressiya, əzələlərdə yığılma, sinir iltihabları ilə əlaqədar olaraq əl və ayaqlarda keyimə, cimilti, yanma hissi ortaya çıxır.


qara ciyər
ürək
böyrək
qırmızı ət
toyuq
balıq
süd
pendir
yumurta


C vitamin

Bədənimiz C vitaminini istehsal edə bilmir. Bitkilər və bəzi heyvanlar bu vitamin istehsal edə bilər. Qidalarla qəbul edilən vitamin 2 saat ərzində istifadə olunur. 4 saat sonra isə qandan uzaqlaşır. Yaraların yaxşılaşmasını, damarların sağlam olmasını təmin edir. Bədənin müqavimət sistemini artırıcı təsir göstərir. Histamin əmələ gəlməsini azaldaraq allergiyaların təsirini azaldır. Bədəndə çatışmadığı təqdirdə, diş əti qanamaları və dartılmaları olur.

Qara üzüm
Sitrus meyvələri
Çiyələk
qovun
qarpız
yaşıl bibər
cəfəri
brokkoli
kök
soğan
noxud

OXŞAR YAZILAR
.Vitaminlər haqqında ümumi məlumat
Vitaminlər bədəndəki metabolik proseslərin normal şəkildə meydana gəlməsi və davam etdirilməsi üçün lazım olan və qidalar içində az miqdarlarda olan maddələ
.Vitamin həbləri haqqında
Vitamin həblərini günün hansı saatında içmək lazımdır? Müəyyən saatlarda içməyin əhəmiyyəti varmı? Vitamin həbləri günün istənilən saatında içilə bilər. Laki
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
nigar (28 fevral 2015 15:57)
trsrkkyrler.maraqli idi.faydalandim.ama melumatlariniz cox azdu.yeni yeni nelumatlari coxaltsaninz sevinerik.
Reseptaz (26 aprel 2014 11:37)
Salam, xeyir nisasta ile olmalidir
zerife (25 aprel 2014 20:21)
sade dondurmada nisastani unla evez etmek olarmi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.