Turşu (tutma) xiyar ilə toyuq salatı



Ərzaqlar:



300 q toyuğun döş əti

3 ədəd yumurta

3 ədəd turşu(tutma) xiyar

1 ədəd balaca qırmızı soğan

100-150 q Holland pendiri

Mayonez

Duz


Hazırlanması:

Toyuğun döş ətini duzlu suda bişirib soyuduqdan sonra doğrayırıq.



Yumurtaları suda bişirib soyuduqdan sonra təmizləyib xırda doğrayırıq.



Turşu (tutma) xiyarları kub şəkildə doğrayırıq.



Pendiri sürtgəcin gözündən keçiririk.



Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.



Düz qab götürüb birinci toyuq ətini töküb mayonezləyirik.



Sonra soğanı töküb az duz səpib yenə az miqdarda mayonezləyirik.



Soğanın üstündən xiyarı töküb mayonezlədikdən sonra üstünə yumurtanı yayıb az duz səpib mayonezləyirik.



Yumurtanın üsdən pendiri səpirik.



Zövqə görə bəzəyib süfrəyə verə bilərsiniz.



Nuş olsun!

OXŞAR YAZILAR
.Asan Sezar salatı
(4 nəfərlik) Ərzaqlar: 500 q toyuğun döş əti 100 q pendir 2 ədəd kahı 1/2 (yarım) çörək 1 diş sarımsaq 3 x.q zeytun yağı Duz İstiot Sosu üç
.Ananaslı toyuq salatı 2
Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 100 q pendir 200 q toyuğun döş əti 50 q qoz ləpəsi 4-5 x.q mayonez Duz Balaca dəstə şüyüd 1 əd
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (05 may 2015 09:31)
salam. digər bölməsində bəzəklər var. imkan daxilində onları da əlavə edirem. tşk. şərhinizə cavab yazımayıbsa üzürlü hesab edin.
Bahar Əlizadə (04 may 2015 22:04)
Salam bu sayt tort, salat bəzəkləri yerləşdirməyinizi xahiş edirəm. Birdə ki heç bir şərhimə cavab yazmırsız!!!:( :( ;(
Reseptaz (14 mart 2015 22:51)
Təşəkkür edirəm. Nuş olsun.
aylin (14 mart 2015 18:12)
qesengdi hem de dadli ellerine sagliq
Reseptaz (15 fevral 2015 23:26)
Nuş olsun.
aysel eliyeva (15 fevral 2015 13:27)
super resepti mencede hazirlamaga deyer tesekkurler
Reseptaz (09 sentyabr 2014 23:04)
Təşəkkür edirik. Nuş olsun.
vuska (30 avqust 2014 15:53)
cox lezzetli gorsenir hazirlamaga deyer
Reseptaz (20 avqust 2014 19:33)
Çox sağ olun. Nuş olsun.
Reseptaz (20 avqust 2014 19:32)
Çox sağ olun. Nuş olsun.
nurane (07 avqust 2014 13:15)
cox gozeldi tewekkurler !!!

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.