Turşu qovurma plov



Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:



4 st uzun düyü

1 kq sümüksüz suda bişmiş qoyun əti

500 q təmizlənmiş şabalıd

4 ədəd baş soğan

4 x.q əridilmiş kərə yağı

1 st kişmiş

10 ədəd qaysı

10 ədəd albuxara ya da alça turşusu

Limon duzu

Sarıkök ya da zəfəran

Duz

İstiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta


Hazırlanması:

Şabalıdın qabıqlarını təmizləyirik. Bax: Şabalıdın təmizlənməsi Təmizlənmiş şabalıdı tavada duz səpib yağ əlavə edib qovururuq.



Doğranmış soğanı tavaya töküb duz səpib yağ əlavə edib qızılı rəngdə olana qədər qovururuq. Qovrulmuş soğana 1/3 çay qaşığı sarıkök əlavə edib qarışdırırıq.



Əti yağda qovururuq. Qovrulmuş ətin üzərinə limon duzu  və istiot səpib qarışdırırıq.



Ətin üstünə soğanı tökürük.



Soğanın üstünə  turşuları qoyuruq və şabalıdı tökürük. Ətin bulyonundan az əlavə edib vam odda bişməyə qoyuruq.



Yuyulub təmizlənmiş kişmiş və qaysını yağda qovururuq.



Düyünü adi qaydada bişirib süzürük. Düyünün üstünə ya zəfəran şirəsi ya da sarıkök tökürük.



Düyünü dəmə qoyanda qazmaq hazırlayırıq. Yumurta ilə qatığı qarışdırıb qazanın dibinə töküb az düyü də töküb bərabər hündürlükdə təxminən 1 sm hündürlükdə yayırıq.



Sonra düyünü tökürük üstünə yağ verib dəmə qoyuruq. Düyü 1 saat dəm alır. Qazmaq tutanda aş hazırdı. Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir üstünə qazmaq qoyulur və yağ tökülür. Yanına bir qabda kişmiş qaysı bir qabda isə ətli şabalıdlı qovurma qoyulur.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (15 fevral 2015 22:15)
Çox. Sağ olun. Sizinlə birgə. Təşıkkür edirik.
MEHRIBAN (06 fevral 2015 10:30)
AY SUPERRRR CHOX SAG OLUN XANIM .BU SAYT CHOX CHOX GOZEL SAYTDI . BUTUN EZIYYETI KECENLERE ALLAH CAN SAGLIGI VERSIN
Tərlan (06 fevral 2015 01:10)
Azərbaycanın Mətbəxi Dünya üzərə birincidir !
Reseptaz (25 mart 2014 15:26)
Salam. Çox sağ olun.
ayna (20 mart 2014 17:37)
Ela gorunur tesekkurler!
Reseptaz (10 fevral 2014 00:01)
Təşəkkürlər.
aygunka bakinka (21 dekabr 2013 18:48)
Eladi twkler en sevdiyimdir
Reseptaz (17 dekabr 2013 10:21)
nush olsun
sara (17 dekabr 2013 10:02)
bisirdim ela alindi
sara (17 dekabr 2013 10:01)
cox dadali gorsenir
Fira (01 dekabr 2013 13:51)
Gozeeeeleeeeee gozeeeeelllll. Ardicilliq bele olanda xeshil olmur seliqeli gorunur sufrede

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.