Turşu kələm dolması



(Azərbaycanın milli mətbəxi)

Ərzaqlar:



1 ədəd orta ölçülü kələm

500 q çəkilmiş ət

2 baş soğan

1/2 st bişmiş noxud

1/3 st yumru düyü

1 st dənə alça turşusu

1 st təmizlənmiş şabalıd

3 x.q əridilmiş kərə yağı

Bir dəstə keşniş və şüyüd

Duz

Istiot

Hazırlanması:

Kələmin orta hissəsini bıçaqla kəsib qaynayan suda pörtürük. Suyuna az duz tökürük.

Pörtdükdən sonra orta qalın zolağını kəsirik. Böyük olanları iki yerə bölürük.




Dolmanın içliyini hazırlamaq üçün çəkilmiş ətin üstünə soğanı soyub yuyub blenderdən keçirib tökürük. Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.
Noxudu tökürük. Düyünü təmizləyib yuyub onu da ətin üstünə əlavə edirik. Yağ, duz və istiotu əlavə edib qarışdırırıq.




Kələmin yarpağını götürüb içlikdən qoyuruq. Sonra bir şabalıd və bir turşu qoyub bükürük.




Bu şəkildə bütün dolmaları büküb qazana yığırıq. Qalan turşu və şabalıdı bükülən dolmaların üstünə qoyuruq.

Dolmaların üstünə çıxanadək qaynamış su töküb ağzına qab çevirib bişməyə qoyuruq.

Normal odda dolmanı bişiririk. Kəfi çıxanda yığırıq.

Suyu çəkilib yağa düşdükdə yeməyimiz hazır olacaq.




Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (14 noyabr 2014 22:15)
Salam. Yeməklərdə müxtəliflik çoxdur. Reseptlər həm zonalar üzrə həm də zövqlər üzrə dəyişir.Təşəkkürlər.
Nübar (11 oktyabr 2014 11:25)
Kələm dolmasında, şabalıdı və turş heyvanı çox xoşlayıram. Şabalıd içində, heyva isə üzərinə düzülür( lay-lay). Ancaq noxud mənə çatmır dolmalarda. Birdəki, şüyüdü, mən, yalnız yarpaq dolmasında istifadə edirəm. Kələm dolmasında reyhan və keşniş. Görünüşü gözəldir, əllərinizə sağlıq.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.