Toyuq şorbası 2



Ərzaqlar:



500 q toyuq əti

3 ədəd baş soğan

1 ədəd yerkökü

2 x.q əridilmiş kərə yağı

6 ədəd alça turşusu

1/2 st yumru düyü

Balaca dəstə keşniş şüyüd

Duz

Istiot


Hazırlanması:

Kökünü təmizləyib yuyub sürtgəcin böyük gözündən keçiririk.



Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.Tavaya soğanı töküb üstünə əridilmiş kərə yağını və az duzu əlavə edib qovururuq.



Soğan qovrulan kimi kökünü əlavə edib onu da 5 dəqiqə qovururuq.



Toyuq ətini yuyub suda bişiririk.Blyondan toyuq ətini çıxardıb bulyonu süzürük.

Süzülmüş blyona təmizlənmiş və yuyulmuş düyünü tökürük.



15 dəqiqədən sonra alça turşusunu və qovurduğumuz soğan ilə kökü əlavə edirik.Yeməyin duz və istiotunu da əlavə edirik. Yeməyin kəfini yığırıq.



10 dəqiqə də vam odda qaynadıqdan sonra toyuğun ətini əlavə edib 5-10 dəqiqə kimi bişiririk.



Yeməyi süfrəyə verdikdə təmizlənib yuyulmuş göyərtini xırda doğrayıb yeməyin üstünə səpirik.



Nuş olsun!

OXŞAR YAZILAR
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
.Brokoli şorbası
Ərzaqlar: 2 balaca baş brokoli 1 ədəd baş soğan 1ədəd kartof 1 ədəd kök 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz Istiot 5 st su ya da ət suyu
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
.Darı şorbası
Ərzaqlar: 1/2 st darı 2 ədəd baş soğan 1 x.q pomidor məti(tomat) 2 x.q əridilmiş kərə yağı 1 ç.q nanə qurusu Duz İstiot 5 st ət ya da toyuq suy
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (28 mart 2015 20:18)
nuş olsun...
Lale (28 mart 2015 14:59)
Bugun biwirdim coooooxxxx dadli oldu coooxxxx.Size minnetdaram.emimqizi cox beyendi
Lale (28 mart 2015 02:13)
Beh beh beh.olurem toyuq sorbasi ucun.bisirecem inwallah.coooxxxx sagolun
Reseptaz (21 avqust 2014 01:09)
Nuş olsun.
Kemale Samaxili (26 oktyabr 2013 15:55)
resepti yazdim..bisirecem pis olsaaa :)
Kemale Samaxili (26 oktyabr 2013 15:54)
resepti yazdim..bisirecem pis olsaaa :)
Kemale Samaxili (26 oktyabr 2013 15:54)
resepti yazdim..bisirecdm pis olsaaa :)
efsane (23 oktyabr 2013 21:36)
yaxwi xoreklerdi
Nezaket (22 oktyabr 2013 13:44)
Mən hazırlamışaam çox dadlıır. Kələm ya da pomidor turşusu ilə yeyəsən. Ləzzət

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.