Toyuq salatı



Ərzaqlar:



200 q toyuğun döş əti

2 ədəd yumurta

2 ədəd kartof

2 ədəd yerkökü

Keşniş, şüyüd, göy soğan

Duz

Mayonez


Hazırlanması

Suya duz töküb əti bişiririk. Soyuyandan sonra əlimizlə uzun liflərə ayırırıq.



Kartofu, yerkökünü və yumurtanı suda bişiririk.
Soyuduqdan sonra qabığını təmizləyirik. Kartofu sürtgəcin böyük gözündən keçiririk.



Yerkökünü sürtgəcin böyük gözündən keçiririk.



Yumurtanı sürtgəcin böyük gözündən keçiririk.



Göyərtiləri xırda doğrayırıq.



Kartofu, yerkökünü, yumurtanı, toyuq ətini və göyərtini qarışdırırıq.



Duz səpib, qarışdırıb mayonezləyirik.



Zövqə görə bəzəyirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Asan Sezar salatı
(4 nəfərlik) Ərzaqlar: 500 q toyuğun döş əti 100 q pendir 2 ədəd kahı 1/2 (yarım) çörək 1 diş sarımsaq 3 x.q zeytun yağı Duz İstiot Sosu üç
.Ananaslı toyuq salatı 2
Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 100 q pendir 200 q toyuğun döş əti 50 q qoz ləpəsi 4-5 x.q mayonez Duz Balaca dəstə şüyüd 1 əd
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (02 iyun 2016 09:20)
Çox sağ olun.
Selime (02 iyun 2016 00:30)
Salam Resept.az sizə təşəkkür edirəm sadə və dadlı salat reseptlərinə görə
Reseptaz (16 noyabr 2014 13:49)
nuş olsun.
leyla (05 oktyabr 2014 09:56)
Bu gun inseallah qonaqlar ucun bisirecem.
Reseptaz (20 avqust 2014 20:20)
Onda olur başqa dadda salat. Nuş olsun.
coni (28 aprel 2014 20:19)
bu salata holland pendiri vurmaq olar?
Reseptaz (21 fevral 2014 22:02)
Salam. bəli suda bişirilir.
aysel (27 dekabr 2013 09:38)
sems salam heri biwir yegn ki yoxsa o neter salat olar :)
Sems (24 dekabr 2013 19:29)
salam,evvelce cox sag olun bele gozel sayt ucun. Sulalim bu salatda olan yer koku,kartof da biwir?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.