Toyuq ləvəngisi



Ərzaqlar:



1 ədəd toyuq

3 ədəd baş soğan

1,5 st qoz ləpəsi

3 x.q alça turşusu

Duz

İstiot


Hazırlanması:

Soğanı ət maşınından keçiririk. Təmiz parçaya soğanı töküb sıxıb, acı suyunu çıxarırıq.





Qozu qozçəkən maşından keçiririk.



Soğanla qozu qarışdırırıq.



Kütləyə duz,istiot və turşunu əlavə edib yaxşı qarışdırırıq. Burda duzu və istiotu zövqə görə tökün.



Toyuğun üstünü içini duz, istiot və turşu ilə turşulayırıq.



Hazır içliyi toyuğun içinə yığırıq.



Toyuğun ayaqlarını çəpinə bir-birinə keçirdirik. Aralı qalıb içlik axmasın deyə sap ilə qalan yerləri tikirik.



Tavaya yağ töküb, toyuğu qoyuruq.



150 dərəcədə qızdırılmış sobada tam bişənə qədər qızardırıq.

Arada çeviririk ki, hər tərəfi eyni bişsin.

Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Konul (04 noyabr 2016 17:16)
Indi hazirlayib sobaya qoymuwamki,biwsin.InwAllah yaxwi alinar,yoldawim iwden gelende ac qalmaz.Twkler
nigar (21 aprel 2016 20:20)
Xanin bu ancag kend colpasinnan edilir?
Reseptaz (19 dekabr 2015 16:46)
nus olsun
Gunel (18 dekabr 2015 15:38)
Cox Rahatdi ve biwirdim Super alindi)..
Guler (28 iyun 2015 15:05)
Hec biwirmemwem bu yemekden, birgun hazirlayam gerek gorum nece alinacaq.
Reseptaz (21 aprel 2015 12:25)
çox sağ olun
MELAHET. (20 aprel 2015 18:29)
hamiya teshekkur xanimlar
Reseptaz (09 sentyabr 2014 22:02)
İlahə xanım çiy qalmaması üçün sobada toyuq tam bişənədək bşirmək lazımdır.Əgər tezqızarıb çiy qalırsa onda dəəcəni bir az aşağı salıb vamda bişirsəniz yaxşı olar.Bir kə ki yaşlı yox cavan toyuq olsa yaxşı olar.Təşəkkürlər.
inci (09 sentyabr 2014 18:21)
cox gozel alindi cox dadliydi ellerinize sagliq
Ayten Qedirova (08 sentyabr 2014 18:09)
Əslində mən bu yeməkdən bişirmişəm amma heç kim bəyənmədii!!!
Ilahe (08 sentyabr 2014 15:18)
Salam,sizden bir xahiwim var,nolar menim bu sualima cava yazardiniz,onceden tewekkur
Boqinya (Ilahe) (31 avqust 2014 19:53)
Yaddan cixdi demedim,mama toyugu butov halda suda biraz biwirir,ama yene de bud hissesi qirmizi qalir,tam biwmir,
Boqinya (Ilahe) (31 avqust 2014 18:30)
Salam,mama toyuq levengisi biwirende ici nedense tam biwmir,qirmizi qalir,ustunu bicaqla bir nece yerden yarsa bele yene biwmir,nolar meslehet verin,helelik
Reseptaz (03 aprel 2014 21:38)
Salam. Allah köməyiniz olsun.
gulxanim (03 aprel 2014 20:10)
bizde bisirmek istiyirik ama tursumuz toyuqumuz yoxdu kasib adamiq amma yemek istiyirik. nece komek ede bilersiz.
gulxanim (03 aprel 2014 20:07)
salam
aysel (29 mart 2014 21:32)
toyugun icliyinin alca tursusunu ne qeder cox vursan o qeder yaxsi olur elbette istiotunu da
Sebuhe (29 mart 2014 17:48)
Salam
Reseptaz (19 mart 2014 21:19)
Hə o bir az çətin olar. Bəlkə bizimkilər turşunu orda da aparıb satırlar.Yenə də maraqlanarsınız.
Ayshe (19 mart 2014 21:12)
cox sag olun...sizinde bayraminiz mubarek...Inwallah bu rusdarin icinden taparam))))))
Reseptaz (19 mart 2014 20:28)
Salam. Bayramınız mübarək. Turşunu bazardan ala bilərsiniz. Tutma turşu satılan yerlərdə olur. Hərdən ləpələr satılan yerlərdə də olur. Alanda alça turşusu alarsınız. ləvəngi üçün alça yaxşıdı. Nuş olsun.
Ayshe (19 mart 2014 20:17)
tursunu nece ala bilerem maqazinlerde satilir?...
Amina (17 mart 2014 15:34)
mende hazirlayacam
Reseptaz (20 fevral 2014 23:43)
Saalam. Ola bilsin istifadə etdiyiniz turşu çox tur olub. Dadını özünüz uyğunlaşdırıb istifadə edərsiniz. təşəkkürlər.
SEVA (20 fevral 2014 21:12)
salam men bunu hazirladim,amma iclik turs alindi,nece yazmisiz elede etdim,tesekkur,
YEGANE (02 yanvar 2014 22:29)
yemek ve wirniyyat
Reseptaz (31 oktyabr 2013 13:08)
tesekkurler
zeynep (31 oktyabr 2013 12:01)
sobada qiymeli kartofu biwirdim hami beyendi
zeynep (31 oktyabr 2013 12:00)
gozel yemeklerdi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.