Toyuq ətindən sobada qaymaqlı-pendirli küftəciklər



Ərzaqlar:



500 q toyuğun döş əti

200 q qaymaq

150 q kaşar ya da holland pendiri

1 ədəd yumurta

2 baş soğan

2 diş sarımsaq

Duz

Istiot


Hazırlanması:

Ət ilə soğanı ət çəkən maşından keçiririk. Sonra üstünə duz, istiot və yumurta əlavə edib yaxşı qarışdırırıq.



Pendiri sürtgəcin balaca gözündən keçiririk.



Pendirin içinə qaymağı və sarımsağı əzib töküb qarışdırırıq.



Qaymaqdan az qabın içinə çəkirik.



Toyuğun ətindən küftəciklər düzəldib qabın içinə yığırıq.



Pendir ilə qaymaq qarışığını ətin üstünə yayırıq.



180 dərəcə qızdırılmış sobada suyu çəkilənə qədər bişiririk. Yeməyimiz hazırdır.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Guler (01 iyul 2015 02:03)
Cox beyendim yaxwi reseptdi.
Reseptaz (12 noyabr 2014 21:06)
Yeməyin üzü tam qızaranadək bişirmək lazımdır.Təşəkkürlər.
Arzu (12 noyabr 2014 20:37)
bagiwlayin bes sobada 180 derecede nece deq biwirmek lazimdi?
Reseptaz (27 yanvar 2014 09:20)
tesekkurler, olar, amma qaymaq tapabilseniz qaymaqla daha lezzetli olur
Seva (26 yanvar 2014 23:07)
salam cox gozel dadli yemeye oxwayir, cox gozel gorunuwu car yeqin ki tamida ele olar. Zehmet olmasa deyerdiz de qaymaqin yerine smetan etsem olar?, evvelceden tewekkur edirem

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.