Toyuq əti ilə süzmə xəngəl



3-4 nəfərlik

Ərzaqlar:



500 q toyuq əti

3-4 baş soğan

3 x.q kərə yağı

1/3 ç.q sarıkök

1/2 limon suyu

Duz

Istiot

Xəmir üçün:

3 st un

1 ədəd yumurta

3/4 st ilıq su

Yuxaları yaymaq üçün 3-4 x.q un


Hazırlanması:

Unu bir qaba ələyib üstünə su, duz və yumurta əlavə edib normal xəmir düzəldirik.



Xəmiri dörd yerə bölürük.



Birini götürüb un səpib oxlovla nazik yuxa yayırıq. O biri kündələri də bu şəkildə yayırıq.

Yayılmış yuxanı 5x5 sm enində kəsirik. Qoyuruq qurusun.



Toyuq ətini təmizləyib yuyub duzlu suda bişiririk.



Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.



Soğanın üstünə yağ və duz töküb qızılı rəngdə olanadək qovururuq.



Qovrulmuş soğanın üstünə bişmiş əti tökürük. Sarıkök, istiot və limon suyu, duz əlavə edirik. Qızardırıq. Soğançalı toyuğumuz hazırdır.



Qazana su töküb qaynadırıq. Duz da əlavə edirik. Kəsdiyimiz xəmiri suya tökürük. Bişən kimi süzürük.





Süzülmüş xəngəli qablara yığıb üstünə soğançalı toyuq qızartmasından qoyuruq.



Yeməyi süfrəyə verdikdə yanında sarımsaqlı qatıq qoyuruq.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Anonim (04 noyabr 2015 20:38)
Behh beh xoslayiram xengeli.ama biz yuxalarin evvelce tepidme edirik sonra qurudub suzuruk
Reseptaz (19 fevral 2015 23:09)
Salam. Afaq xanım. Düz deyirsinuz yuxanı nə çox nazik nə də qalın yaymaq olmaz. bölgələrimiz üzrə yayılmış yuxanı çiy ya da təpidib sonra xingal bişirirlər. Mən də həmişə təpidilmiş yuxadan yemişəm. Təşəkkürlər.
afaq (18 fevral 2015 12:10)
aysel xanim pece qoyanda qurumaqcun gozleyin texminen otuz saniye tepitme olsun qizarmasin qeti 2 uzunude biraz tepidin.birdeki xanimlara demek isteyiremki yuxalari cox nazik yazsaniz pisen zaman cox eriyecek oncun biraz cox yx biraz qalin edin
Reseptaz (21 avqust 2014 01:37)
Çox sağ olun. Sizlərə də nuş olsun.
Aysel (04 may 2014 21:00)
Nus Olsun
Reseptaz (28 mart 2014 22:57)
Salam. Leyla xanım qurusun deyəndə ətini bişirənə qədər qalır. Ya da hər ikisini paralel də düzəldə bilərsiniz.Təşəkkürlər.
leyla (22 mart 2014 18:37)
ne qeder vaxta kimi qurumalidi xengel?nece qurudaq pecde?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.