Toyuq əti ilə bulğur plovu



Ərzaqlar:



500 q toyuq əti

3 ədəd baş soğan

3 x.q əridilmiş kərə yağı

2 st plovluq bulğur

1/2 ç.q sarıkök

Duz

Istiot


Hazırlanması:

Toyuq ətini təmizləyib yuyub duzlu suda bişiririk.



Soğanı təmizləyib yuyub dörd bölüb nazik doğrayırıq.



Soğanın üstünə duz səpib yağ töküb qızılı rəngdə olanadək qovururuq. Sarıkök tökürük.



Bişmiş toyuq ətini sudan çıxarıb qovrulmuş soğanın üstünə töküb qızardırıq. Toyuq ətlərinin hər tərəfi qızardıqda yeməyimiz hazır olacaq.



Bulğuru təmizləyib yuyub qazana tökürük. Üstünə 4 st su, 2 x.q yağ və zövqə görə duz (2 ç.q)əlavə edib normal odda bişməyə qoyuruq.



Suyu az qalanda vam odda bişiririk. Su tamam çəkildikdə plovu dəmə qoyduğumuz kimi qazanın altına tava ya da dəmir qoyub 15-20 dəqiqə dəm almağa qoyuruq.



Yeməyi süfrəyə verdikdə bulğuru qaba təpəçik şəklində yığıb üstünə soğanlı toyuq ətini düzürük və yağı tökürük.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Nergiz (04 mart 2017 10:13)
Salam ressept az coox xaiw edirem deyerdizz bulguru duyu kimi onceden islaga qoymaq lazim deyil????
Reseptaz (18 sentyabr 2016 20:23)
Nuş olsun.
Ulker (14 sentyabr 2016 09:27)
Bisirdim beyenildi. Cox sag olun. Ellerinize sagliq
senan (18 iyul 2015 15:31)
eladi
Reseptaz (25 yanvar 2015 22:09)
Təşəkkür edirəm. Çox sağ olun.
güləbətin (25 yanvar 2015 21:17)
sağ olun, reseotleri çox aydın izah edirsiniz.
Reseptaz (07 mart 2014 10:41)
ola biler ..
Fidan (04 mart 2014 22:52)
xosuma gelmedi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.