Toyuq buğlaması



Ərzaqlar:



1 kq toyuq əti

6-7 ədəd orta ölçülü kartof

2 ədəd şirin bibər

4-5 ədəd pomidor

2-3 baş soğan

2-3 diş sarımsaq

1 ədəd limon

2 x.q əridilmiş kərə yağı

Balaca dəstə cəfəri (ya da keşniş, şüyüd)

Duz

Istiot


Hazırlanması:

Toyuq ətini təmizləyib yuduqdan sonra üstünə 1/2 limon suyu töküb, duz və istiot səpib qarışdırırıq. Toyuq ətini 1-1,5 saat sərin yerdə saxlayırıq.



Soğanın və sarımsağın qabığını soyub yuyuruq. Soğanı halqa, sarımsağı isə xırda doğrayırıq.



Kartofun qabığını soyub yuyub 1 sm qalınlıqda halqa doğrayırıq.



Cəfərini təmizləyib yuyub xırda doğrayırıq.



Pomidoru yuyub, qabığını soyub iki bölürük.



Bibəri təmizləyib, yuyub halqa doğrayırıq.



Yeməyi bişirmək üçün dərin qazan götürürük. Qazana birinci toyuq ətini düzürük.



Üstünə halqa doğranmış soğanın 1/3-ni səpirik.



Cəfərinin yarısını səpirik.



Kartofu düzürük.



Sarımsaq və qalan soğanın yarısını tökürük.



Bibərin 1/2 -ni tökürük.



Pomidorları düzürük.



Yenə qalan soğan və bibər tökürük.



Qalan cəfərini səpirik.



Yeməyin üstünə limonun yarısını sıxıb, yağı əlavə edib, duz istiot səpib yeməyi vam odda bişməyə qoyuruq.



Yeməyin öz suyu çıxacaq. Suyu çəkilib yağa düşəndə yeməyimiz hazır olacaq.





Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Guler (28 iyun 2015 17:44)
Eslinde buglamaya kartof qatmirlar
Reseptaz (26 avqust 2014 00:38)
Salam. Qış tədarükü hardasa 30-za yaxın resept hazırlamışdıq. Ancaq,təssüf ki bütün şəkillər reseptləri ilə bir yandı. Ona görə Allah qoysa gələn il hazırlayacağıq.
Sevinc muellime (23 avqust 2014 16:39)
Qis tedaruku neye gore bele azdir.Konserva hec yoxdur,amma xahis olunur ki, sinaqdan kecirilmis olsun
Reseptaz (21 avqust 2014 12:48)
Nuş olsun. təşəkkür edirik.
seva (07 iyun 2014 13:02)
cox sag olun gozel reseptdir
Reseptaz (26 aprel 2014 11:55)
Salam.Əgər 2-2,5 saata bişərsə onda ehtiyac yoxdu.Vam odda bişəcək.Nuş olsun.
Səadət (24 aprel 2014 19:53)
Saytınızı yeni gördüm, aydın izah üçün təşəkkür edirik.Zəhmət olmasa,bilmək istəyirəm əgər bu yeməyi kənd toyuğu ilə bişiririksə əvvəlcədən bir az bişirməyə ehtiyac varmı?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.