Toyuğun döş ətindən pendirli bükmə



Ərzaqlar:



500 q toyuğun döş əti

150 q pendir (əriyən)

1 balaca dəstə cəfəri

1-2 ədəd yumurta

4-5 x.q un

4-5 x.q suxarı

Duz

Istiot

Qızartmaq üçün zeytun yağı


Hazırlanması:

Toyuğun döş ətini yuyub nazik laylara bölüb ət döyənlə döyəcləyirik.



Sonra iki hissəyə bölürük. Düz və istiot vururuq. Bu şəkildə hamısını hazırlayırıq.



Yumurtanı çalırıq. Un və suxarını düz qaba tökürük.



Pendiri sürtgəcin böyük gözündən keçiririk.



Cəfərini yuyub xırda doğrayırıq.



Ətin bir layına bir başdan pendir və cəfəri səpib bükürük.





Bükdüyümüz döş ətini əvvəlcə yumurtaya salırıq.



Sonra una salırıq.



Sonra yenə yumurtaya salırıq.



Yumurtadan çıxarıb suxarıya salırıq.



Tavaya qızdırılmış yağın içinə qoyub hər bir tərəfini qızardırıq.



Hamısı qızardıqdan sonra vam odda 10-15 dəqiqə bişiririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Guler (01 iyul 2015 01:58)
Kiyev kotetide bele hazirlanir lakin onun icersine kere yagi qoyulub bukulur
Reseptaz (29 may 2015 09:48)
nus olsun
aysel (28 may 2015 13:56)
ela gorunur
Reseptaz (27 noyabr 2013 16:52)
Tesekkurler, Insh. oxsar reseptlerimiz daha cox olacaq..
Zinaida (27 noyabr 2013 15:52)
Cooooxx superrr 1 resepti coxxx tewekkurler. Cox coxx lezzetlidi. Davami gelsin zehmet olmasa
xatiw (22 oktyabr 2013 19:53)
buna oxwar bawqasini biwirmiwem :) gorunuwu daha cox xowuma geldi
Loli (22 oktyabr 2013 14:48)
gozel gorsenir.ozum xoslamiram toyuq etinin qizarmasin..amma atamcun hazirlayacam
Ülkər (22 oktyabr 2013 13:52)
Men hazırladım .Asan və dadlıdır.Sağ olun ki, belə reseptləri bizlər üçün hazırlayırsınız.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.