Toyuğun döş əti ilə kartoflu qat-qat



Ərzaqlar:



500 q toyuğun döş əti

10 ədəd kartof

3 ədəd baş soğan

2 diş sarımsaq

3 x.q mayonez

3-4 x.q duru yağ


Hazırlanması:

Soğan ilə sarımsağın qabığını soyub yuyub doğrayırıq.



Toyuğun döş ətini yuyub doğrayırıq.



Toyuğun doğranmış döş ətinin üstünə duz, istiot və doğradığımız sarımsağı töküb qarışdırırıq.



Qaba az duru yağ töküb toyuğun döş ətini tökürük.



Döş ətinin üstünə soğanı tökürük və üstünə az duz səpirik.



Soğanın üstündən isə kartofun qabığını soyub halqa doğrayıb düzürük.Kartofa da duz və istiot tökürük.



Kartofun üstündən mayonezi yayırıq.



180-200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.



Süfrəyə verdikdə zövqə görə istəsəniz keşniş, şüyüd ya da cəfəri doğrayıb tökə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (13 mart 2014 23:09)
Nuş olsun.
heya sensen (21 fevral 2014 16:58)
mence dadli gorunur hazirlamaga deyer
Reseptaz (16 fevral 2014 21:16)
Çox sağ olun.
heyat sensen (16 fevral 2014 20:05)
Heqiqetende ela gorunur insallah mende bisirecem hamimiza nuw olsun hamiya tesekur.
Reseptaz (08 fevral 2014 22:28)
Çox sağ olun. Mən də təşəkkür edirəm. Nuş olsun.
lale (26 dekabr 2013 10:45)
Super yem'k oldu bisirdim Qaynanam da hetta beyendi tesekkurler
jale (23 dekabr 2013 21:05)
choox asan hazirlanan yimekdir.. resepte göre tsk..
shaffa (23 dekabr 2013 20:51)
axşamınız xeyir.reseptə görə təşəkkür edirəm.maraqlı və asan yeməkdir.inşallah hazırlayacam.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.