Tez hazırlanan tort



Ərzaqlar:



Barmaq qurabiyə

1 x.q kakao

3-4 x.q doğranmış qoz ləpəsi

Zövqə görə istədiyiniz meyvə və giləmeyvələr.

Krem üçün:


250 q krem pendir

1 paket qaymaq

1/2 paket vanil

5-6 x.q şəkər kirşanı


Hazırlanması:

Kremi hazırlamaq üçün bir qaba krem pendiri, qaymağı, şəkər kirşanını və vanili töküb mikserlə tam qarışanadək çalırıq.



Diametri 26 ya da 28 sm olan qab götürürük. Qaba qurabiyələrin bir tərəfindən az kəsib yan yana yığırıq.



Kəsdiyimiz qurabiyələri qabın aşağısına yerləşdiririk.



Üstünə kremdən tökürük.



Sonra gilası tumundan çıxarıb yığırıq. Yenə krem tökürük.



Üstündən qurabiyələrdən kəsib yığırıq.Yenə kremləyirik.



Şaftalının qabığını təmizləyib balaca doğrayırıq və tökürük.



Zövqə görə istəsəniz banan da doğrayıb tökə bilərsiniz. Üstündən qalan kremin hamısını töküb yayırıq.




Qalan qurabiyəni bir qaba töküb əzib toz halına salırıq.



Əzilmiş tozu tortun üstünə səpirik.



Sonra kakaonu səpib doğranmış qozu tökürük.



Tortumuz hazırdı.Ən azı 2-3 saat soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (05 yanvar 2016 09:19)
cox sag olun, nus olsun
seva (04 yanvar 2016 17:19)
tesekurrrrrrrrr
seva (04 yanvar 2016 17:18)
superrrrr
Reseptaz (17 avqust 2014 18:40)
Salam. Biskvitin yaxşı çıxaması üçün yumurtanı bərkiyənədək çalmalısınız. Bişdiyi müddətdə ilk 15-20 dəq sobanın ağzını açmayın.Təşəkkürlər.
sevda. (12 avqust 2014 08:15)
salam.men biskiviti biwirende yaxwi olmur nazik cixir nece edim ki yaxwi cixsin?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.