Tərəvəz ilə pendirli toyuq salatı



Ərzaqlar:



150 q toyuğun döş əti

2 ədəd kartof

2 ədəd yumurta

1 ədəd kök

1 ədəd qırmızı çuğundur

100 q kaşar ya da holland pendiri.

Duz

Balaca dəstə soğan(ya da keşniş, şüyüd)

(Zövqə görə istəsəniz göyərti vurmaya bilərsiniz.)


Hazırlanması:

Toyuğun döş ətni duzlu suda bişiririk. Soyuduqdan sonra əlimizlə uzun hissələrə ayırırıq.



Qırmızı çuğundur, kartof, kök və yumurtanı suda bişiririk. Soyuduqdan sonra təmizləyirik. Ərzaqların hamısını sürtgəcin böyük gözündən keçiririk.



Soğanı ya da keşniş şüyüdü xırda doğrayırıq.



Duz qab götürürük.

1-ci kartofu töküb duz səpib mayonezləyirik.



2-ci Soğanı səpirik.



3-cü Kökü tökürük az duz səpib mayonezləyirik.



4-cü Çuğunduru töküb duz səpib mayonezləyirik.



5-ci Toyuq ətini töküb mayonezləyirik.



6-cı Yumurtanı töküb az duz səpib mayonezləyirik.



7- ci Pendiri üstünə və yanlarına töküb düzəliş veririk.



Zövqə görə bəzəyirik.





Nuş olsun!

OXŞAR YAZILAR
.Asan Sezar salatı
(4 nəfərlik) Ərzaqlar: 500 q toyuğun döş əti 100 q pendir 2 ədəd kahı 1/2 (yarım) çörək 1 diş sarımsaq 3 x.q zeytun yağı Duz İstiot Sosu üç
.Ananaslı toyuq salatı 2
Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 100 q pendir 200 q toyuğun döş əti 50 q qoz ləpəsi 4-5 x.q mayonez Duz Balaca dəstə şüyüd 1 əd
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (07 yanvar 2015 21:47)
Nuş olsun. Təşəkkür edirik.
SMZM (07 yanvar 2015 20:04)
Hazirladim bu gun,bu salati,dadlidi,cox sag olun.
Reseptaz (16 fevral 2014 22:12)
təşəkkür edirəm.
revane (13 noyabr 2013 23:05)
dadli salatdi bu wuba salatididaa.
Reseptaz (29 oktyabr 2013 18:57)
tesekkurler
jale (29 oktyabr 2013 12:34)
choox gozeldi.hemde ela zovqünüz var
Elnare (27 oktyabr 2013 11:21)
Qesengdi
FIDAN (26 oktyabr 2013 15:01)
MENCEDEEEE
kama (25 oktyabr 2013 21:03)
yaxsisalatdir

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.