Tərcilov plov



Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:



1 kq toyuq əti

3 st uzun düyü

3-4 x.q əridilmiş kərə yağı

Duz

Istiot

Zəfəran

Qazmaq üçün:

3 x.q qatıq

1 yumurta


Hazırlanması:

Zəfəranə dəmə qoyuruq.

Toyuq ətini təmizləyib yuduqdan sonra duz və istiot vurub yağda qızardırıq.



Adi qaydada düyünü bişirib süzürük. Zəfəran şirəsi vururuq.



Qazanın içində yağı əridib qızdırdıqdan sonra düyü, qatıq və yumurtanı qarışdırıb qazanın dibinə qalınlığı 1 sm olmaqla yayırıq.



Qazmağın üstünə düyüdən az tökürük.



Sonra üstünə qızartığımız toyuq ətini yerləşdiririk.



Qalan düyünü də üstünə töküb yağ əlavə edib aşı 1 saat dəm almağa qoyuruq.



Plovu süfrəyə verdikdə düyünü qaba çəkib üstünə qazmaq və toyuq əti qoyub yağ tökürük.





Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
gunelka (09 oktyabr 2014 18:32)
mende isdiyirem 3 aydi mama deyirem hle bisirmeyib(((((((((:
Reseptaz (04 noyabr 2013 09:21)
tesekkurler
xatire (03 noyabr 2013 23:49)
ozbek plovunnan etdim qeseng alindi bu resepti yazana cox sagol deyirem

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.