Şüyüd plov 2



Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:



3 st uzun düyü

1 kq sümüksüz suda bişmiş qoyun əti

3 ədəd baş soğan

1 böyük dəstə şüyüd

3 x.q əridilmiş kərə yağı

1 ç.q zəfəran

Duz

İstiot

Qazmaq üçün:

1/3 st süd

2 yumurta

1 ç.q əridilmiş kərə yağı

Duz


Hazırlanması:

Soğanı doğrayıb yağ duz əlavə edib, qızılı rəngdə olana qədər qovururuq.
Sonra əti də əlavə edib, duz istiotuna baxıb, yağda 5-10 dəqiqə qovururuq.





Qovurmamız hazır olandan sonra şüyüdü təmizləyib, yuyuruq və xırda doğrayırıq.



Düyünü adi qaydada bütün plovlarda olduğu kimi bişirib süzürük. Süzdükdən sonra üstünə zəfəran tökürük.
Süzülmüş düyüyə xırda doğranmış şüyüdü əlavə edib qarışdırırıq.





Qazana az yağ töküb, əridirik sonra düyü qarışığını əlavə edirik və üstünə yağ töküb, dəm almağa qoyuruq.
30-40 dəqiqəyə plov dəm alacaq.



Qazmaq üçün yumurtaya südü və duzu əlavə edib çalırıq.



Tavaya yağı töküb qızdırırıq və yumurta qarışığını töküb hər iki tərəfini bişiririk.



Təpəcik şəklində çəkilmiş düyünün üstünə qaynar yağ töküb ortasına ət qovurmasını yanlarına isə yumurta ilə bişirdiyimiz qayqanağı kəsib düzürük.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
ulduz (11 mart 2017 17:48)
tesekkurler, ellerinize sagliq
Reseptaz (10 dekabr 2015 09:17)
nus olsun
Nara (09 dekabr 2015 16:28)
Men bishirdim ve chox beyendim. Chox sag olun resepte gore.
Reseptaz (05 may 2015 21:51)
Salam. Nuş olsun. Çox sağ olun
SIMA (24 aprel 2015 16:04)
TEWEKKURLER BU GUN BIWIRECEM MUTLEQ.
Reseptaz (26 fevral 2015 22:10)
Təşəkkür edirəm.
heyat sensen (26 fevral 2015 17:06)
Cox sagolun ela gorunur.
Reseptaz (09 fevral 2014 23:35)
Çox sağ olun.
Sabisha (10 yanvar 2014 02:47)
Super plovdu! Teshekkurler size!

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.