Şüyüd plov 1



Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:



5 st uzun düyü

1 kq sümüksüz suda bişmiş qoyun əti

3 ədəd baş soğan

1 böyük dəstə şüyüd

3 x.q əridilmiş kərə yağı

7-8 ədəd sarı alça turşusu ya da albuxara

1 x.q zəfəran

Duz

İstiot

Bir çımdik darçın

Qazmaq üçün:

1 yumurta

3 x.q qatıq


Hazırlanması:

Düyünü qabaqcadan 5-6 dəfə yuyub suya qoyuruq. Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.



Soğanın qabığını soyub yuduqdan sonra doğrayıb yağ duz əlavə edib, qızılı rəngdə olana qədər qovururuq.





Sonra əti də əlavə edib, duz, istiot və darçın töküb yağda 5-10 dəqiqə qovururuq.



Alça turşusunu(albuxaranı) yuyub ətin üstünə əlavə edib yenə vam odda 5-6 dəq qovurub götürürük.



Kişmişi təmizləyib yuduqdan sonra üstünə yağ əlavə edib az qovururuq.



Şüyüdü təmizləyib yuyuruq və xırda doğrayırıq.



Qatıq ilə yumurtanı qarışdırırıq.



Düyünü adi qaydada bütün plovlarda olduğu kimi bişirib süzməyə 5-6 dəqiqə qalmış doğradığımız şüyüdü düyünün suyuna əlavə edib qarışdırıb süzürük. Süzdükdən sonra üstünə zəfəran tökürük.



Qazana az yağ əlavə edib əritdikdən sonra qatıq ilə yumurta qarışığını və az düyü əlavə edib qarışdırıb 1 sm qalınlıqda yayırıq.





Üstünə az düyüdən töküb sonra əti tökürük.



Ətin üstünə də yağda qovurduğumuz kişmişi tökürük.



Qalan düyünü üstünə əlavə edib yağ töküb dəm almağa qoyuruq. (İstəsəniz ət ilə kişmişin üstünə nimçə qoyub düyünü tökə bilərsiniz) Aş vam odda 1 saata dəm alacaq.



Təpəcik şəklində çəkilmiş düyünün üstünə qaynar yağ töküb ortasına ət ilə kişmiş qoyub yanlarına qazmaq düzürük.





Nuş olsun!

OXŞAR YAZILAR
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
.Sobada qiyməli makaron 2
Ərzaqlar: 1 paket düz makaron 350 q çəkilmiş ət 1 ç.q pomidor ləti 3 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 3 x.q duru yağ 100 q kaşar pendir
.Kirəmit qabda souslu kotlet
Ərzaqlar: 500 q çəkilmiş qoyun əti 2 ədəd baş soğan 6-7 ədəd kartof 6-7 ədəd pomidor 6 diş sarımsaq 1 ədəd yumurta 100 q kaşar ya da holland pe
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (13 mart 2015 21:34)
Nuş olsun.
amine (10 mart 2015 16:49)
Salam men bu reseptle eladim cox qasang alindi amma icine sabalidda alave etdim
Reseptaz (16 noyabr 2013 18:57)
ele bu reseptin qazmagi cox gozel ve dadli olur...
Lady (16 noyabr 2013 18:44)
Salam mən gözəl qazmaq hazırlamağı öyrənmək istərdim.Həm görünüşü həm dadı cəhətdən gözəl.Çooooooooooox təşəkkür edirəm!

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.