Sulu toyuq yeməyi



Ərzaqlar:



1 ədəd toyuq

3 ədəd baş soğan

3 ədəd kartof

2 x.q əridilmiş kərə yağı

1 x.q pomidor məti (tomat)

Duz

Istiot

Balaca dəstə keşniş


Hazırlanması:

Toyuğu doğrayıb təmizləyib yuyuruq.



Soğanın qabığını soyub yuyub xırda doğrayırıq.



Soğanın üstünə az duz səpib yağ töküb qovururuq.



Soğan qovrulduqdan sonra üstünə pomidor mətini töküb 2-3 dəqiqə də qovururuq.



Toyuğu əlavə edib 5-10 dəqiqə kimi qarışdırıb qovururuq. Üstünə düz tökürük.



Sonra ətin üstündən bir az yuxarı su töküb normal odda bişməyə qoyuruq. Kəfi olduqca yığırıq.



Toyuğun bişməyinə 20-25 dəq qalmış kartofun qabığını soyub yuyub iki bölüb yeməyə əlavə edirik.



Hazır olmağa az qalmış bir daha yeməyin duzuna baxıb duz və istiotunu tökürük. Kartof dişdikdə yeməyimiz hazır olacaq.

Yeməyi qaba yığıb süfrəyə verdikdə üstünə yuyulub təmizlənmiş keşnişi xırda doğrayıb tökürük.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
sedaqet (15 iyun 2017 19:24)
salam zehmet olmasa kefli becenin reseptini yazinda
Reseptaz (02 fevral 2017 11:45)
Bəli kənd toyuğunu çox qaynadırıq.
Zehra (01 fevral 2017 17:44)
Salam xanim yemek dadli gorunur amma bu yerli cuce etidi axi cox qaynamalidi ?
Mence
Reseptaz (09 iyun 2016 17:30)
Çox sağ olun.
Sevinc (09 iyun 2016 17:27)
Ellerinnize sagliq )
Sevinc (09 iyun 2016 17:26)
Ellerinize sagliq )
Reseptaz (05 fevral 2015 20:59)
Çox sağ olun. Sizə uğurlar olsun.
Lale (05 fevral 2015 00:42)
Beh beh dadli gorunur.men yemek biwire bilmirem deye gerek bele sade reseptlerden bawlayam.Ellerinize sagliq

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.