Süfrəni necə açmaq lazımdır?



Gözəl açılmış süfrə xüsusi əhvali-ruhiyyə oyadır. Buna nail olmaq üçün bəzi məsləhətləri sizinlə bölüşürük.
Hər qonağa böyük bir boşqab qoyun. Süfrə ləvazimatları boşqabın yanına qoyulur. (Ziyafət nə qədər rəsmi olarsa, o qədər çox ləvazimat lazım olur. Lakin onlar hamısı yeməklərin gəlmə sırasına görə düzəlməlidir). Çəngəlləri soldan, sağları isə iti tərəfləri boşqaba tərəf sağdan düzün. Qaşıqları bıçaqlardan sağa düzün.
Əgər yeriniz çoxdursa, desert (çərəz) ləvazimatları boşqabın yuxarı hissəsinə qoyulur (çəngəl, dəstəyi sol tərəfə boşqabın yanında, qaşıq, dəstəyi sağ tərəfə çəngəlin yuxarı hissəsində). Əgər yer yoxdursa, desertdən əvvəl artıq ləvazimatları süfrədən yığışdırın və desert ləvazimatlarını düzün.
Pirojki boşqabını böyük boşqabın soluna, çəngəllərin yuxarı hissəsinə qoyun. Kərə yağı üçün bıçağı dəstəyi sağ tərəfə, pirojki boşqabının üstün qoymaq olar. Əgər salat üçün boşqab lazımdırsa, onları çəngəldən sola düzün. Bakalları (qədəhləri) bıçaqlardan sağa düzmək lazımdır. Boşqaba ən yaxın su üçün stəkan qoyun, daha sonra isə içki üçün bakalları düzün.
Salfetləri çəngəllərdən sola və ya böyük boşqabın ortasına qoymaq olar.

MASANIN ÜSTÜNƏ NƏ SƏRMƏK OLAR?

Süfrələr. Süfrə almazdan əvvəl masanı ölçün. Rəsmi ziyafət üçün süfrə seçərkən, masanın uzunluğuna və eninə 40-60 sm artırın. Dairəvi masa üçün masanın diametrinə 90 sm artırın. Əgər qeyri-rəsmi ziyafət verirsinizsə, süfrəni öz zövqünüzə görə seçin – parlaq və ya pastel rəngli, birrəngli və ya şəkilli. Ağ və ya neytral rəngli kətan və ya krujevalı süfrələr daim zərif görünür və hər qab-qacağa uyğun gəlir.

Boşqab altlıqları. Onlar müxtəlif rəngli, ölçülü, formalı və müxtəlif materialda olur – plastmasdan tutmuş samana, kətandan tutmuş metala qədər. Bütün süfrə ləvazimatları boşqab altlığının üstünə sığmalıdır, amma o biri boşqab altlığı onun üstünə çıxmamalıdır.

Salfetlər. Ağ və ya neytral tonlarda nazik salfetlər daha çox rəsmi ziyafətlər üçün münasibdir. Digər hallarda süfrəyə və ya boşqab altlıqlarına uyğun gələn salfetlər seçin.

SÜFRƏNİN BAYRAM ÜÇÜN BƏZƏDİLMƏSİ

Hər bir yeri nazik, atlas lentlə bağlanmış miniatür buketlə bəzəyin.
Hər bir yerə kiçik bir balıqqulağı qoyun.
Mağazalarda eyni kətan salfetlər, bokallar, çini qablar və salfetlər üçün üzüklər axtarıb tapın.
Hər bir yeri kiçik bir şamla bəzəyin Şamı yandırmazdan əvvəl bir neçə saat soyudun ki, çox əriyib axmasın.
Eleqant bir nahar yeməyi üçün əlinizlə hər bir qonağın menyusu yazın. Kiçik kartlar üçün altlıqlar qoymağı da unutmayın.
Hər bir yerin yanına bir gül qoyun. Kiçik şüşələrdə (gül mağazalarında satılır) güllər bir neçə saat təzə qalacaq.

MASANIN MƏRKƏZİNİ BƏZƏYİN

Əgər masanın mərkəzini qeyri-adi bir xörəklə bəzəsəniz, o daha yaraşıqlı görünəcək. Məsləhətlərimizdən istifadə edərək buna asanlıqla nail ola bilərsiniz. Masanın mərkəzi hündür olmamalıdır ki, qonaqlar bir-birilərini görə bilsinlər. Masa boyunca fırlanıb bunu yoxlayın.

Böyük bir boşqabda gülləri, meyvələri, tərəvəzləri və otları (göyərtiləri) birləşdirin. Kiçik pomidorları al lalələrlə; kiçik ağ və bənövşəyi badımcanları çiçəkli otlarla; solğun şaftalıları limonlar və adaçayı yarpaqları ilə birləşdirməyə cəhd edin.
Səbətin içinə qədimi bir paça qoyun; onu sulu armudlarla doldurun.
Böyük büllur vazanı qabıqlı qoz-fındıqla doldurun.
Alçaq, çiçəkləyən güllərlə dolu dibçəkləri taxta qutuya qoyun.
Qış ziyafəti üçün böyük, gümüşü boşqaba şabalıdlar, şam qozaları və iynəyarpaqlı ağacların budaqlarını qoyun.
Kiçik, dekorativ boranıları toxunma səbətə qoyun.
Firuzəyi rəngli boşqaba narıncı və qırmızı şirən bibərlər qoymaq olar.
Yastı bir səbətə müxtəlif kiçik kaktuslar qoyun.

FURŞETİN TƏŞKİL OLUNMASI

Əgər qonaqlarınızın sayı 8-dən çoxdursa, furşet təşkil etməyiniz daha asan olar. Siz hər şeyi əvvəlcədən hazırlaya, daha sonra qonaqlarınızla rahat-rahat ünsiyyət qura bilərsiz. Sadəcə ara-sıra furşet masasının üstündəki yemək ehtiyatlarını doldurmalısınız. Əgər eviniz kifayət qədər genişdirsə, içkiləri və yeməkləri ayrı qoyun ki, qonaqları basabas salıb bir-birini itələməsinlər. Daha yaxşı olar ki, yeməkləri masanın üstünə dairəvi, məntiqi şəkildə düzəsiniz: əsas yemək, tərəvəzlər, salatlar, çörək. Masanın kənarına boşqabları üst-üstə qoyun, salfetləri və süfrə ləvazimatlarını düzün ki, qonaqlar özü yeməkləri götürə bilsinlər.

Sadəlik üçün hər süfrə ləvazimatını (bıçaq və çəngəli) salfetə bükün. Əgər qonaqlarınızın sayı çoxdursa, yeməkləri iki sıra düzmək olar. Hər iki tərəfdən yeməklərin sırası eyni olduğu üçün, hər qonaq özünə daha tez qulluq edə bilər. Yadda saxlayın ki, sizə iki dəfə artıq boşqab və süfrə ləvazimatları lazım olacaq. Əgər qonaqların sayı azdırsa, yeməkləri divara yaxın bufetin və ya masanın üstünə düzün.

OXŞAR YAZILAR
Ev işlərinizi asanlaşdıracaq praktiki məsləhətlər
Ev işlərini necə görmək lazımdır? Evinizdə həyatınızı asanlaşdıracaq praktiki və çox asan məsləhətləri öyrənmək istəyərdiz? Budur həyatınızı asanlaşdıracaq p
.Evin yığışdırılması və təmizliyi
Çox sadə görünən bu məsələ əslində çox dərin bir mövzudur. Hər gün yaşadığımız mühitlərin detalları gözmüzə çarpmır. İllər boyunca içində yaşadığımız bir evi əz
Evdəki havanı təmizləyən bitkilər
Evinizdə havanı təmizləmək üçün çoxlu bitkilər saxlayın. Evinizi bitkilərlə dekorasiya etsəniz, onlar sizə evinizdəki arzuolunmaz toksinlərdən (zəhərli maddələr
.Ev dekorasiyasında rənglərin dili
Seçdiyimiz divar kağızının rəngi ruhumuza təsir edir... Dekoratorların fikrincə, hər rəngin uyğun gəldiyi mühit və verdiyi enerji  fərqlidir. - İsti və şö
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Dəniz (12 mart 2017 20:08)
Yəni yenədə hərkəs özü bilər.Resept.azda sağolsunn çox yenədə..
Dəniz (12 mart 2017 20:08)
Mən bir söz deyim sizə Sabina xanım.Əslində burada yanlış verilib.Sulu və quru yeməklər bir arada olmazki...
sabina (21 mart 2016 20:39)
evvelce quru yoxsa sulu yemekler verilmelidir
Nur (28 yanvar 2016 00:51)
Tewekkurler . Ama men bezemirem niye .qonag gelende usaglarda gelir olarda stolun usdunu dagidirlar ya yediylerinin yarisi stolda ya yerde olacag
sebis (12 dekabr 2015 16:49)
cox sagolun
nigar (16 sentyabr 2015 15:45)
salam men lobya tursusunun reseptini isterdim.Tesekkurler
Reseptaz (21 avqust 2014 18:29)
Təşəkkür edirik.
gunel (12 mart 2014 19:12)
Cox sag olun. Lazimli meslehetlerdi
elvin hesenov (10 fevral 2014 21:48)
cox sagolun
pervane (19 yanvar 2014 18:34)
bezek
nahidə (14 yanvar 2014 12:14)
xahi. edir'm m'n' b'z'k i.l'ri g[nd'rin
nahidə (14 yanvar 2014 12:13)
salam çox xahiş edirəm mənə bəzək işləri göndərin müxtəlif olsun

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.