Sosiskalı qarnı yarıq börək



Ərzaqlar:



2 ədəd börək yuxası

4 ədəd sosiska

2 ədəd pomidor

1 ədəd şirin bibər

1 baş soğan

1 ədəd yumurta

1/2 st süd

1/2 st birki yağı (arzuya görə yağın yarısını əridilmiş kərə yağı istifadə edə bilərsiniz)

Duz

Istiot


Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.



Soğana duz və yağ əlavə edib qızılı rəngdə olana qədər qızardırıq.



Sosiskalari nazik halqa doğrayırıq.



Doğranmış sosiskaları qovrulmuş soğana əlavə edib 5-10 dəqiqə qovururuq.



Pomidoru yuyub təmizlədikdən sonra qabığını soyub xırda doğrayırıq.



Bibəri yuyub təmizlədikdən sonra xırda doğrayırıq.



Qovrulmuş sosiskanın üstünə bibər ilə pomidoru əlavə edib suyu çəkilənə qədər qovururuq.



Zövqə görə duz və istiotunu tökürük.İçliyimiz hazırdı.



Yumurta ağını, südü və qalan yağı qarışdırırıq.Yumurta sarısını üzünə saxlayırıq.



Yuxanın birini sərib qarışıqla isladırıq.İkinci yuxanı da sərib qalan qarışıqla isladırıq.



Yuxanı bıçaq vasitəsilə 8 hissəyə kəsirik.



Yuxanın enli tərəfinə içlikdən qoyub bükürük.



Qaba kağız sərib yığdıqdan sonra üstünə yumurta çəkib bıçaq vasitəsilə ortadan az kəsirik. Üstünə çörəkotu səpirik.



210 dərəcə qızdırılmış sobada üzü tamam qızaranadək bişiririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
AzerbaycanGozeli (12 avqust 2016 15:37)
Salam. Cox gozeldi.Butun reseptlerinizi beyenirem ellerinize sagliq amma borey yuxasini ozumuz evde duzelde bilerik? ve nece duzelir desez sad olaram..twkler
Reseptaz (15 fevral 2014 22:42)
Salam. Vaxt keçdikcə müxtəlif növ yemək və şirniyyatları hazırlayıb sayıtımıza yerləşdirəcəyik.Təşəkkürlər.
zeyneb (15 fevral 2014 18:59)
salam Sizden bir xaisim olacaqdi. Siz seyfenizde turk yemekleri paylasa bilersinizmi?Onlarin saytlarinda burdaki kimi resimli izah tapa bilmirem. bele bir sey eleseydiniz cox yaxsi olardi
Reseptaz (25 yanvar 2014 21:54)
Salam. yağan 2-3 x.q soğanı qızartmaq üçün götürürük. Əlavə də götürə bilərsiniz.
Kemale (20 dekabr 2013 16:45)
Yagin hamisini yumurta sudun icine tokuruk yoxsa yarisida sogani qizardanda ona tokuruk?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.