Şor qoğal



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:



1 kq un

2 yumurta

1/2 ç.q sarıkök

1 ç.q dolu duz

2  st süd (ehtiyac olsa aparanadək əlavə edirik)

1ç.q quru maya

İçlik üçün:



2 st un

1 ç.q duz

10-11 x.q əridilmiş kərə yağı

1/4 ç.q  istiot

2 ç.q cirə

2 ç.q razyana

1/3 ç.q sarıkök

Yağlamaq üçün:

400-450 q kərə yağı

Üzü üçün:

1 ədəd yumurta

Xaş-xaş


Hazırlanması:

Xəmiri hazırlamaq üçün stəkana mayanı töküb ilıq süddə qarışdırırıq. 5-10 dəqiqə qalıb köpüklənir.



Südü ilıq qızdırıb sarıkök töküb qarışdırırıq.



Bir qaba unu ələyirik. Unun ortasını açırıq. Yumurtanı sındırırıq, duzu səpirik, mayanı və sarıköklü südü əlavə edirik.



Xəmiri qarışdırıb tam həll olanadək yoğururuq. Yumşaq xəmir olur. Xəmirin üstünə sellofan çəkib dəsmal qoyub acıması üçün üstünü örtürük.



İndi isə içliyi hazırlayaq. Unu tavaya töküb qazın üstündə qızılı rəngdə olanadək dayanmadan qarışdıra-qarışdıra qovururuq.



Hazır olanda başqa qaba tökürük soyuyur. Soyuduqdan sonra duz, istiot, sarıkök, razyana və cirəni töküb qarışdırırıq.



Hazır kütləyə əridilmiş yağı əlavə edib yaxşı qarışdırırıq.



İçlik hazırdır.



Yuxaları yağlamaq üçün yağı qabda əridirik .



Üzünə çəkmək üçün yumurtanı bir qaba sındırırıq.



Xəmir 2 saata acıyır.



Xəmirdən 15-16 kündə düzəldirik. 5 dəqiqə qalır kündələr özünə gəlir.



Nazik yuxa yayırıq.







Yuxaların hər layını bir az dartıb böyüdürük və yağlayırıq.





Bütün yuxalar qurtardıqdan sonra kəsib hazırlayırıq.







Ortasını aralayıb içlik qoyub ağzını bükürük.









Azca əlimizlə yayıb qurumasın deyə üstünü sellofan ilə örtürük.



Hazır qoğalların üzünü çevirib əlimizlə az yayıb qaba düzürük. Üzərini yumurtalayb xaş-xaş səpirik.



220 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Qozlu kişmişli kiçik kekslər
Ərzaqlar: 200 q xama 75 q kərəyağı 1 st şəkər tozu 2 ədəd yumurta 1,5 st un 1 paket qabartma tozu 50 q kişmiş 50 q qoz ləpəsi
.Qozlu gilaslı tort
Ərzaqlar: 5 ədəd yumurta 1 st şəkər tozu 2/3 st un 1/3 st buğda nişastası 2 x.q kakao 1 paket qabartma tozu Krem, üstü və araları ü
.Zebra tortu
Ərzaqlar: 200 q xama 150 q kərə yağı 1 st şəkər tozu 3 ədəd yumurta 2,5 st un 2 x.q kakao 1 paket qabartma tozu Qlazur üçün:
.Qozlu balaca kekslər
Ərzaqlar: 200 q xama 1 st un 1/3 st duru yağ 4/5 st şəkər tozu 100 q qovrulmuş qoz 1 paket qabartma tozu Hazırlanması: Xama il
.Kəsmikli qurabiyə
Ərzaqlar: 200 q kəsmik 1 st un(aparanadək) 1/2 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu Hazırlanması: Kəsmik ilə şəkər
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (25 yanvar 2015 22:01)
Yuxa tortu sayıtımızda var. Başqa resepti də axtarıb bişirməyə çalışarıq. Təşıkkürlər.
Isa israfilov (25 yanvar 2015 03:13)
Men yuxa tortu isdirem yumusag olsun ama bilirsiz cox xayis?
Isa israfilov (25 yanvar 2015 03:12)
Resepttaz twk gozeldir
Sevinc (24 yanvar 2015 21:47)
Qoğal
Reseptaz (22 yanvar 2015 20:51)
Çox sağ olun.
gunay (21 yanvar 2015 12:03)
tesekkurler
Reseptaz (22 dekabr 2014 23:14)
Salam. Yox vurulmur. Nuş olsun.
Peri (22 dekabr 2014 18:40)
Men isteyirem hazır etdiyim qoğal bulku kimi hazır olsun. Nece hele hazlır ede bilerem.
fidan bagirova (20 dekabr 2014 15:12)
Salam receipt az sayti. Bir sualim var: gogalin xemirina umumiyyatla yag getmir, yoxsa yaddan chixib gostermak?
Reseptaz (15 dekabr 2014 22:56)
Çox sağ olun.
elyane (15 dekabr 2014 17:42)
cox sagolun allah razi olsun sizden
Reseptaz (09 dekabr 2014 21:06)
Təşəkkür edirik. Nuş olsun.
sevda (08 dekabr 2014 18:27)
cox ela reseptdi hazirlamisam indi yene hazirliyacam
Reseptaz (04 dekabr 2014 22:27)
nuş olsun.
Reseptaz (04 dekabr 2014 22:26)
salam.Çalışarıq reseptini tapıb bişirib sayta qoyaq. Təşəkkürlır.
aytac (02 dekabr 2014 23:53)
salam reseptaz olar wit wordan hazirlanan kurabiye reseptini veresiz? men eleyirdim onu indi unutmuwam
aytac (27 noyabr 2014 22:44)
salam lar, qogal reseptinizi tam deqiqlikle yerine yetirdim, cox gozel ve dadli alindi. cox sagolun reseptaz....
Reseptaz (24 noyabr 2014 20:18)
salam.yəqin çix fuzlu istiotlu yryirsiniz.nuş olsun.
Aysel (21 noyabr 2014 10:29)
Siz deyen reseptle eledim. Ama duzsuz, istiotsuz cixdi. Yene de cox sag olun. Gelen defe duz istiotu 2qata qaldiracam.
Reseptaz (16 avqust 2014 18:50)
Salam. Qoğalın ortasını bəzi zonalarımız deşirlər.Ortasının boş olması bəlkə içlik az qoyursunuz ondan ola bilər.Cirə ədavadır. Ədəvalar satılan yerlərdən soruşub ala bilərsiniz.


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.