Şokoladlı tort



Ərzaqlar:

Bu tortu bişirmək üçün aşağıdakı biskvit resepti ilə iki ədəd biskvit bişirmək lazımdır.

Biskvit üçün:



4 ədəd yumurta

4 x.q un

6 x.q şəkər tozu

3 x.q kakao

1 paket qabartma tozu

Krem üçün:



1 banka qatılaşdırılmış süd

200 q kərə yağı

1 paket vanil (zövqə görə)

1 x.q tünd kakao

Tortu bəzəmək üçün:



Qoz ləpəsi

Müxtəlif növ şokoladlar

Tort bəzəkləri (Zövqə görə)


Hazırlanması:

Biskviti hazırlamaq üçün yumurtanın ağını sarısından ayırıb ağını bərkiyənədək mikserlə çalırıq.



Şəkər tozunu az-az töküb yenə çalırıq.



Sonra yumurta sarılarını töküb çalırıq.



Unu, qabartma tozunu və kakaonu bir qabda qarışdırırıq. Yaxşı olar ki, qarışığı ələkdən keçirəsiniz.

Sonra bu un qarışığını az-az yumurta qarışığının üstünə töküb qaşıqla qarışdırırıq.



Qabı yağlayıb ya da kağız sərib xəmiri tökürük.



180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk. Biskvitlərin hər ikisi soyuduqdan sonra hər birini ikiyə bölürük.



Adi qaydada kremi mikserlə çalırıq.



Biskvitin birini qoyub kremləyib qoz ləpəsi doğrayıb tökürük. İstəsəniz şokolad da tökə bilərsiniz.



Bu qayda ilə qalan biskvitləri kremləyib qoz səpirik. Sonuncu qatı isə kremlədikdən sonra qoz səpmirik. Tortun yanlarını kremləyirik.



Tortu zövqə görə bəzəyirik.




Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Rəna. (20 yanvar 2017 15:54)
Çox gözəl alınır həmişə bu reseptnən edirəm biskiviti
Reseptaz (31 yanvar 2016 22:59)
cox sag ol, nus olsun
nika (31 yanvar 2016 13:10)
cox gozeldir.... bir yere qonaqliqa gederken hzirlayib aparmaq olar,hemde hasandir.....elleriviz sagliq
Vüsale (30 dekabr 2015 19:46)
Çox gözel tort alindi her kese meslehet gorurem
Vüsale (30 dekabr 2015 16:45)
Hal-hazırda bu tortdan men bişirirem
Reseptaz (25 may 2015 09:54)
nush olsun
yusif (24 may 2015 21:45)
kox gozel tort
Reseptaz (05 may 2015 09:15)
nuş olsun
Xədicə xanım (02 may 2015 15:59)
Çox gözəldi, yeməyə dəyər...
Reseptaz (18 aprel 2015 23:02)
Təşəkkür edirik.
Nuray (17 aprel 2015 15:26)
cox gozel gorsenir
Nilufer (08 aprel 2015 21:02)
ddaddli
Reseptaz (15 fevral 2015 23:19)
Şəkildən görünür sayıb ala bilərsinuz. Nuş olsun.
gulzar (10 fevral 2015 14:20)
Salam xanım.Sizdən bir şey soruşacam.bu tortun kənarlarına neçə pletka şokolad istifadə etmisiniz?
Reseptaz (15 dekabr 2014 22:41)
Təşəkkürlər.
ayka (15 dekabr 2014 20:18)
ellerinize sagliq cox gozel gorsenir
Gulya (14 dekabr 2014 20:53)
Off!!! Ureyim istedi :D
Reseptaz (06 dekabr 2014 14:43)
təşəkkürlər.
gulzar (05 dekabr 2014 23:55)
Salam .Allah razı olsun sizdən ətraflı məlumat verdiniz.Əvvəllər qaba fikir vermirdim.Amma daha biskivit bişirməmişdən öncə qabın quruluğuna diqqət yetirəcəm.çox sağolun...
Reseptaz (04 dekabr 2014 22:45)
Salam. Hamınıza təşəkkür edirəm. Düz qeyd edirsiniz. Çalışın sarıdan bur damcı da düşməsin. Düşəndı ağ istədiyiniz kimi bərkolmayacaq. Qaba da fikir vermək lazımdı. Yumurta ağını çalacağınız qab qupquru olmalıdı. Su damcısı olmasın. Birdə ki soyuducudan çıxaran kimi çalın. Uğurlar nuşolsun.
Damla Heseli (01 dekabr 2014 01:43)
Şokoladlı tortu məndə bişirdim çox xoşumuza gəldi. Sizə də nuş olsun.
gulzar (30 noyabr 2014 14:07)
birdə sizdən bir şey soruşacam.mən yumurtanın ağını sarısından ayıranda bəzən elə olur ki bir azcada olsa yumurtanın sarısı ağına qarışır.sonra yumurtanın ağını nə qədər miksetlə çalsamda ağarıb kar kimi olmur.sizcə yumurtanın ağının duru edən sarısı olur .bir azca sarı qarışan kimi istədiyim kimi olmur biskivit...
indidən təşəkkür edirəm.
gulzar (30 noyabr 2014 14:03)
çox gözəl görkəmi var ...çox bəyəndim
Reseptaz (24 noyabr 2014 20:01)
Təşəkkür edirik.
Aysel (24 noyabr 2014 00:11)
Cox qeweng gorunuwu var

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.