Şokoladlı qozlu paxlava



Ərzaqlar:



Xəmir üçün:

3 ədəd yumurta

1 st duru yağ

1 st süd

4,5-5 st un

1 paket qabartma tozu

1 x.q kakao

İç üçün:

400 q qoz ləpəsi

200 q şokolad

Yağlamaq üçün:

250 q kərə yağı

Yaymaq üçün:

1 st buğda nişastası

Şərbət üçün:

2 st şəkər tozu

1 st su

1 x.q kakao

1/4 limon dlimi


Hazırlanması:

İç üçün qozu qovurub soyuduqdan sonra qoz çəkən maşından keçiririk.

Şokoladı sürtgəcin gözündən keçiririk.

Yağı bir qabda əridirik.

Xəmiri hazırlamaq üçün dərin bir qaba südü, yumurtanı, yağı və kakaonu töküb qarışdırırıq.



Qabartma tozunu da əlavə edib qarışdırırıq.



Ələnmiş unu əlavə edib yumşaq xəmir yoğururuq.



Xəmirdən 12 kündə düzəldirik.



Kündənin birini götürüb nişasta səpib oxlovla nazik yayırıq.





Diametri 36 sm olan tava götürürük az yağlayıb yuxanı səririk.



Qoz və şokolad səpirik.(qozdan 3 x.q şokolatdan 2 x.q)



Bu qayda ilə bütün qatları hazırlayırıq.



Axırıncı yuxanı qoyduqdan sonra yanlarını düzəldirik və kəsirik.





Əridilmiş isti yağı üstünə töküb 170-180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqəyə bişiririk.



Şərbəti hazırlamaq üçün qazana şəkər tozu, kakao və suyu əlavə edib qarışdırıb bişməyə qoyuruq.

Qaynamağa başlayandan sonra limon dilimi də içinə əlavə edib qaynadırıq. Hazır olduqda götürürük.



Bişmiş paxlavanı sobadan çıxardıb soyumağa qoyuruq.



Paxlava qaynar yox isti olanda isti şərbəti də üstünə tökürük.



Bıçaqla ara kəsmələri bir daha kəsirik.



Şərbət paxlavaya yaxşı hopmalıdır. Yaxşı olar ki,axşamdan bişirsəniz gecə boyu şərbətdə qalsın sabahı günü kəsib süfrəyə verə bilərsiniz.









Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (29 dekabr 2014 23:22)
Nuş olsun.
gulzar (28 dekabr 2014 01:26)
qeyri adi bir şirniyyatdır mənim üçün..inşallah bir gün vaxtımı bu şirniyyata ayıracam...yaxşı olar inşallah :))
Reseptaz (14 mart 2014 20:42)
nush olsun, butun kundeler eyni olmalidir..
Sevgi Meleyi (14 mart 2014 18:45)
OYY UZR ISTEYIREM.MEN DEFTERIME YAZMAGI UNUTMUSAM.BIRDE KI,12 KUNDEDEN 2-SINI YENI ALT VE UST LAYLARI BIR AZ QALIN ETSEK OLAR?
Sevgi Meleyi (14 mart 2014 18:37)
HAZIRLADIM COX DADLI ALINDI.SOKOLADLI OLMAGI LAP LEZZET ELEDI.COXSAGOLUN ELLERINIZE SAGLIQ.BIRCE XEMIRINE GEDEN ERZAQLARIN ICINDE YUMURTANI YAZMAQ YADDAN CIXIB DIYESEN.QALAN HER SEY SUPERDIR.
Reseptaz (03 mart 2014 23:41)
Kəsilmə qaydasına diqqətlə baxıb kağız üzərində çəkin sonra rahatlıqla kəsəçəksiniz. Vaxt olduqda şəkilləri əlavə edərik.Təşəkkürlər.
aska (03 mart 2014 22:40)
dadlı görsənir-kəsmək qaydasınıda göstərsəydiz sevinərdim.
Reseptaz (22 yanvar 2014 12:30)
Bugda nisastasi magazalarda satilir, daha cox pudingler ves. olan bolmelerde olur. paltara vurulan kartof nishastasi olur, buradaki bugda nisastasidir.
turkan (22 yanvar 2014 12:15)
Men hec nisasta isletmemisem,bu paltara vurulan nisastadi,yoxsa xususi srniyat ucun satilir??
Reseptaz (22 yanvar 2014 11:16)
tesekkurler.
jale (21 yanvar 2014 19:53)
göruw cehetten yaxwidir.birde choox gözel kesmisiz.skolat o qedes sevmirem.adi paxlava biwirende mewq eliyecem görum bele kese bilecem

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.