Şobyet



(Türk paxlavasının bir növü)

Ərzaqlar:

Yuxa üçün:



1 kq un

3 ədəd yumurta

1 ç.q duz

1 ç.q limon suyu

25 q kərə yağı

1,5 st ilıq su

Yaymaq üçün:

200 q buğda nişastası

Şərbət üçün:



6 st şəkər tozu

3 st su

1/4 limon

Qaymaq üçün:



2 st süd

100 q irmik

İçlik üçün:



300 q fıstıq ləpəsi ya da qoz ləpəsi

Yağlamaq üçün: 500-600 q kərə yağı


Hazırlanması:

Bu ölçülərlə iki qab şobyet hazırlamaq olur. Fıstıq ləpəsini maşından keçiririk.

Süd ilə irmiyi qarışdırıb qatılaşana qədər bişiririk. Qoyuruq kənara soyuyur.



Unu bir qaba ələyib urtasını açırıq. Ortasına yumurta, limon suyu, kərə yağı,(əridib ilıq olanda tökürük)və su töküb üstünə duzu səpirik.



Qarışdırırıq və əlimiz ilə bərk xəmir yoğururuq.

Xəmirin üstünə nəm dəsmal qoyub 20-30 dəqiqə saxlayırıq.



Sonra xəmirdən 20 ədəd kündə düzəldirik. Yenidən kündələrin üstünü nəm dəsmalla örtüb 20-30 dəqiqə saxlayırıq.



Yağı əridirik.



Sonra oxlov vasitəsi ilə nişasta töküb nazik yuxa yayırıq. Bacardığınız qədər nazik açın.





Yuxaların 10 ədədini yayıb yağlayıb üst-üstə yığırıq. Qoğaldakı kimi.



Bıçaqla 7x7sm kvadraklar kəsirik.



Hər kvadratın ortasına 1 ç.q qaymaq və 1 ç.q fıstıq töküb qatlayırıq.




Bu qayda ilə hazırlayıb qabı yağlayıb yığırıq. Üç hissələri alta olmaqla yığmaq lazımdı. Bişdikdə ağzı aralanmasın.



Növbəti 10 ədəd kündəni də yayıb eyni qayda ilə hazırlayırıq.

Qalan yağı üstünə töküb 180-190 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.



Bişənədək şərbəti hazırlayırıq.

Şəkər tozu ilə suyu qarışdırıb ocağa qoyuruq. Qarışdırırıq. Qaynamağa başlayanda limon dilimini əlavə edib 3-5 dəqiqə də qaynadıb götürürük.



Paxlava bişdikdə sobadan çıxarırıq.



İsti şərbəti sobadan çıxan isti paxlavanın üstünə tökürük. Üstünə çəkilmiş fıstıq tökürük.



Ən azı 2-3 saat qalmalıdır ki şərbəti özünə çəksin.



Şərbəti özünə çəkdikdən sonra paxlavanı çay süfrəsinə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Bananlı çiyələkli tort
Ərzaqlar: Bizkvit üçün: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil Krem üçün: bax qaymaqlı krem 3 ya da maska
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
zehra (11 fevral 2017 12:31)
Mani yarmasi yeni mannanin ozu?
ayka (03 aprel 2016 17:36)
menim en xosladigim sirniyyatdir demek olar her gun yeyirem
jale (13 sentyabr 2015 19:14)
Serbetde isti olmalidi
Reseptaz (05 may 2015 22:17)
Təşəkkür edirik.
Ayka Əliyeva (02 may 2015 15:54)
Şobyetdən dadmışam.Çox dadlı olur...Thank you!!!
Reseptaz (01 aprel 2015 09:37)
salam, beli xanim duz qeyd etmisizniz, sherhimizde "qaymaqdan da" istifade olunur demek itemistik, diqqet cekdiyiniz ucun sag olun.
Leyla (31 mart 2015 20:10)
Axi siz burda hazir qaymaqdan istifade etmemisiz. Qaymaqlarindan hazirlamaq ucun irmik ve sudden istifade etmisiz. Ama reylerin birinde yazmisiz ki ele hazir qaymaqlarindan istifade olunur.
Reseptaz (15 fevral 2015 22:31)
Hazır qaymaqdan da istifadə olunabilir. Nuş olsun.
resad (07 fevral 2015 12:26)
qeseydi bunu ilemey olar
resad (07 fevral 2015 12:18)
HAZIR QAYMAQ ISTIFADE ETMEK OLAR?
Reseptaz (15 yanvar 2015 19:52)
Çox sağ olun.
PERI (15 yanvar 2015 12:17)
SUUPER.TESEKKURLER RESEPT.AZ.
Reseptaz (12 yanvar 2015 21:42)
Təşəkkürlər.
Nübar (10 yanvar 2015 18:14)
Mannıya oxşamır ey, elə mannının özüdür. Resept isə super. Əllərinizə sağlıq!
Reseptaz (07 yanvar 2015 21:43)
Çalışarıq. Təşıkkürlər.
murad qasimov (07 yanvar 2015 08:40)
Men bundan yemisem dadli olur. Amma ozum de bisirecem reseptler ucun tesekkurler.daha yeni maraqli reseptler gozleyirem.
Reseptaz (29 dekabr 2014 23:21)
Salam. İrmik mannıya oxşayir. Böyük marketlərdə satılır. Təşəkkürlər.
Şehla (28 dekabr 2014 17:09)
Salam,deye bilersiz irmik nedi ve hardan taparam?önceden teşekkürler
gullu (27 dekabr 2014 00:38)
Bu nedi ki
günel (12 dekabr 2014 00:48)
Irmikle sutu kasa kimi bisirmek lazimdir.
günel (12 dekabr 2014 00:44)
Aslan
günel (12 dekabr 2014 00:40)
Sirniyyat
günel (12 dekabr 2014 00:38)
İrmik manni yarmasidir?
günel (12 dekabr 2014 00:37)
Kulnariya
Reseptaz (10 dekabr 2014 22:13)
Təşəkkürlər.
NAVAL (10 dekabr 2014 21:07)
ELLERINIZE SAGLIG

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.