Sobada toyuq əti qızartması



Ərzaqlar:



1,5 kq toyuğun bud dibi əti (toyuq əti)

2 x.q pomidor məti (tomat)

2 x.q alça turşusu

1/3 st zeytun yağı

3 x.q qatıq

Duz

Istiot


Hazırlanması:

Toyuğun ətini təmizləyib yuyuruq.



Ətin üstünə qatıq, pomidor məti, turşu, zeytun yağı,duz və istiot töküb qarışdırırıq.



Bu qarışığı axşamdan düzəldib sabahı bişirsəniz daha dadlı olur.Qarışığı ən azı 2 saat saxladıqdan sonra qaba kağız sərib yan yana yığırıq.



200-220 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.

Bir tərəfi qızardıqda o biri üzünü çeviririk.Qızarmış toyuq ətini isti-isti süfrəyə veririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (22 mart 2015 23:32)
Salam. Biz hazırlayan mağaza toyuğudur. Nuş olsun.
dinaye (21 mart 2015 19:39)
cox gozeldi. basqa yemekler yoxdu?
elza (20 mart 2015 10:17)
bu toyuq eti ev toyuguyla bisirilir yoxsa satin alma toyuqla ? deseniz sevinerem:)
nermin (12 mart 2015 17:56)
Yemək
Reseptaz (26 fevral 2015 22:13)
Salam. Nuş olsun. Çix sağ olun.
nigar (26 fevral 2015 18:51)
cooxsaguolun.sizin sayt superdi.hec bur probkem yasamadan,hec.ne fikirlesmeden yemey resepti secib hergun bisirirem.tesekkurler.ellerinize sagliq.yeni yemeylerinizi gozlyuruk
Reseptaz (25 yanvar 2015 21:57)
Nuş olsun.
sara (23 yanvar 2015 00:57)
sabah mutleq bisirecem
Reseptaz (04 dekabr 2014 23:15)
çox sağ olun. Nuş olsun.
Huseyn (24 noyabr 2014 20:37)
Cox sag olun.ALLAH razi olsun
Reseptaz (24 noyabr 2014 20:06)
salam. Kalka kağızı sərib toyuq ətini düzürük. Yağlanmır. Özündə yağ var.nuş olsun.
Huseyn (24 noyabr 2014 19:42)
Kağizi yağlayiriq yoxsa yox?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.