Sobada toyuq əti qızartması



Ərzaqlar:



1,5 kq toyuq əti

1/2 st duru yağ

1 ədəd limon

3 x.q qatıq

1 x.q pomidor məti

1 x.q kəklikotu

Ç.q ucunda keşniş toxumunun əzməsi

Duz

istiot


Hazırlanması:

Toyuğun ətini təmizləyib yuyuruq.



Ətin üstünə yağı, qatığı, pomidor mətini, kəklikotunu, keşniş toxumu əzməsini, duzu, istiotu, limon suyunu və limonun qabığını sürtgəcdən keçirib tökürük.



Yaxşı qarışdırıb 1-2 saat sərin yerdə saxlayırıq.



Soba qabına kağız sərin əti yan-yana yığırıq.200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk. Üzü qızarmağa başlayanda altını üzünə çevirib hər iki üzünü qızardırıq.



Hazır isti yeməyi süfrəyə veririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (15 sentyabr 2014 15:08)
salam, haminiza tesekkur edirem, beli tomat nezerde tutulur.
Ilahe (15 sentyabr 2014 12:35)
Salam,pomidor meti dedikde pomidor tamatini nezerde tutursuz?
Yemeyiniz cox gozel qizarib,dadi da ela olar.tewekkur ve helelik
Günel (15 sentyabr 2014 11:57)
Salam sizin sayti cox sevirem. Cox gozel saytdir hemise bele gozel reseptlerle bizi sevindirin. Sizden xahis edirem borşun hazirlanmasini da saytinizda veresiniz.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.