Sobada toyuğun döş ətindən kabab



Ərzaqlar:



1 kq toyuğun döş əti

1 ədəd qırmızı baş soğan

1-2 ədəd sarımsaq

1 x.q pomidor məti(tomat)

1/2 st süd

1/3 st zeytun yağı

Duz

Istiot


Hazırlanması:

Toyuğun döş ətini yuduqdan sonra xırda tikələrə bölürük.



Soğan ilə sarımsağın qabığını soyub yuduqdan sonra doğrayırıq.



Süd, yağ və pomidor mətini qarışdırırıq.



Bütün ərzaqları qarışdırırıq.



Qarışığı ən azı 2 saat saxladıqdan sonra bişirmək olar. Yaxşı olar ki axşamdan hazırlayıb qoyasınız səhəri bişirəsiniz.

Əti çubuqlara keçiririk.



180-200 dərəcədə qızdırılmış sobada tamam qızaranadək bişiririk. Arada alt hissəsini üstə çeviririk ki, hər tərəfi yaxşı bişsin.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Guler (11 iyul 2015 03:33)
Asan ve dadli kabab cox rahatdi
Reseptaz (01 fevral 2014 19:50)
Nuş olsun. Çox sağ olun.
sahin memmedov (01 fevral 2014 19:45)
Cox gozel idi tesekkur edirem
Naza (16 dekabr 2013 11:42)
Teshekkurler.
Reseptaz (16 dekabr 2013 09:38)
salam, sobanin oz qabinda da ede bilersiniz, listi bir az duru yagla yaglayin..
Naza (15 dekabr 2013 22:50)
Salam. Eger chubuqlar shushe qaba yerleshmese sobanin oz qabinda (list deyilir bezen) bishirmek mumkundur? Onda altina nese qoymag lazim geler?
ilkin (26 noyabr 2013 18:22)
Mmmmmmmmmmmm

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.