Sobada sarımsaqlı lülə kabab



Ərzaqlar:



500 q çəkilmiş qoyun əti

2 ədəd baş soğan

2-3 diş sarımsaq

1/3 ç.q qırmızı bibər

Duz

Istiot

Bəzəmək üçün:

1 x.q sumax

1 ədəd qırmızı baş soğan

Qabı yağlamaq üçün:

Bitki yağı


Hazırlanması:

Soğanı təmizləyib yuduqdan sonra ya ətlə bir ət maşınında keçiririk, ya da sürtgəcdən keçirib ətə qatırıq.

Çəkilmiş ətin üstünə soğan, duz, istiot, qırmızı bibər və sürtgəcdən keçirilmiş sarımsaq töküb yaxşı qarışdırırıq.





Ətdən az görürüb əlimizdə formaya salırıq.



Sonra çubuğu ətin ortasına qoyub əlimiz ilə şəkildəki kimi düzəldirik.





Qaba kağız sərib yağlayıb hazıryadığımız lülələri düzürük. (Kağızsız da qabı yağlayıb qoymaq olar)



200 dərəcə qızdırılmış sobada hər iki üzü qızaranadək bişiririk. Bir üzü qızaranda o biri üzünü çeviririk.

Qırmızı soğanı halqa doğrayırıq.



Bişmiş lüləni süfrəyə verdikdə zövqə görə üstünə sumax və doğranmış soğan qoyub bəzəyirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Döşəmə plov
(Qubadlı mətbəxi) Ərzaqlar: 4 st uzun düyü 1 ədəd toyuq 200 q zoğal və ya zoğal axtası 4-5 x.q əridilmiş kərə yağı 2-3 ədəd baş soğan Zəfəran
.Qazan küftəsi
(Naxçıvan mətbəxi) Ərzaqlar: 500 q çəkilmiş ət 3 ədəd baş soğan 1 ədəd şirin bibər 3 ədəd pamidor 3-4 ədəd kartof 3 x.q əridilmiş kərə yağı 1 əd
.Noxudlu plov
(Qubadlı mətbəxi) Ərzaqlar: 4 st uzun düyü 500 q ət 250 q noxud 150 q kişmiş 4-5 x.q əridilmiş kərə yağı 2 ədəd baş soğan ç.q ucunda limon duz
.Qazmaq -1
Ərzaqlar: (28 sm diametri olan qazan üçün) 3 x.q qatıq 1 ədəd yumurta 1 x.q əridilmiş kərə yağı Hazırlanması: Qatıq ilə yumurtanı çalırıq.
.Kələm qovurması
Ərzaqlar: 1 ədəd orta boy kələm 3 ədəd baş soğan 3 ədəd yumurta 3 x.q əridilmiş kərə yağı Duz Istiot Hazırlanması: Soğanın qabığını soyub yu
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.