Sobada quzu ətindən kabab



Ərzaqlar:



1 kq quzu əti

2 x.q pomidor məti

1/2 st süd

5-6 x.q zeytun yağı

Duz

Istiot

Qırmızı pul bibər

Qırmızı poz bibər

2 x.q kəklikotu

Zövqə görə kababın yanında istəsəniz:

2 ədəd pomidor

2 ədəd acı bibər

2 ədəd şirin bibər


Hazırlanması:

Əti xırda quşbaşı doğrayırıq.



Sonra əti yuyub bir dərin qaba tökürük. Üstünə duz, istiot, pul bibər, toz bibər, pomidor məti, süd, kəklikotu və zeytun yağı tökürük.Yaxşı qarışdırırıq.



Qarışığı sərin yerdə 2-3 saat saxlayırıq.



Sonra çubuqlara əti keçiririk.



Soba qabına kağız sərib şişləri yan-yana yığırıq.



Zövqə görə istəsəniz tərəvəzləri yuduqdan sonra pomidoru 2-4 yerə bölüb, bibərləri diri kababın yanına yığırıq. Ya da bişirməyib çiy də qoya bilərsiniz.



190-200 dərəcə qızdırılmış sobada qızaranadək (1-1,5 saata) bişiririk. Bir tərəfi qızardıqda alt tərəfini də çeviririk ki, hər tərəfi yaxşı qızarsın.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (10 iyun 2016 08:40)
Çox sağ olun.
Vefa (10 iyun 2016 01:47)
Size ne qeder twk etsek az olar, cox twk edirem her weye gore
Reseptaz (22 iyul 2015 16:58)
tesekkurler, nush olsun
MSM (21 iyul 2015 14:45)
Hazirladim ela oldu,normalda quzu eti xoslamiram amma bu yemek cox dadli oldu,cox tesekkur edirem
murad (11 may 2015 18:40)
men eledim cox gozel alindi tesekkurler
arif demirov (21 fevral 2015 18:54)
beh beh ela ela cox gozeldi nus osun
Reseptaz (09 sentyabr 2014 22:06)
Çox sağ olun.
Ilahe (07 sentyabr 2014 21:37)
Salam,cox gozel qizarib,bunu bilmirdim,sizden oyrendim,TEWEKKURLER
Aygun su (23 iyul 2014 16:01)
salam nus olsun
Reseptaz (17 iyul 2014 09:18)
tesekkurler, beli olar, amma toyuq tez bishir onu nezerede tutmaq lazimdir
mah (17 iyul 2014 04:42)
cox gozel gorsenir.tesekkurler!RESEPT.AZ, quzu etini toyuq etiyle evezleyib eyni qaydayla bisirmek olarmi?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.