Sobada qiyməli makaron



Ərzaqlar:



250 q hazır qiymə

1 paket (500 q makaron)

1 x.q əridilmiş kərə yağı

4-5 x.q duru yağı

1 st süd

1 x.q təpələmə un

150 q holland pendiri

Duz

Istiot


Hazırlanması:

Qiyməni istədiyiniz kimi hazırlaya bilərsiniz. (500 q çəkilmiş ətə 2 baş soğan, zövqə görə duz ya da istiot vurub qovurub bişiririk. Qiyməyə əlavə olaraq pamidor ya da sarıkök tökə bilərsiniz)

Makaronu adi qaydada duzlu suda bişirib süzürük. Süzülən kimi üstünə duru yağı əlavə edib qarışdırırıq.



Beşamel sosunu düzəltmək üçün yağı tavaya töküb qızdırırıq. Unu əlavə edib 2-3 dəqiqə qovurub sonra südü əlavə edirik. Yenə qarışdırırıq. Duz və istiot səpirik. Az qatılaşan kimi gökürürük.



Pendiri sürtgəcdən keçiririk.



Soba qabına makaronun yarısını tökürük.



Üstünə qiyməni töküb yayırıq.



Qalan makaronu da qiymənin üstünə tokürük.



Sosu əlavə edib yayırıq.



Sosu yaydıqdan sonra pendiri səpirik.



200-dərəcədə qızdırılmış sobada üzü qızılı rəngdə qızaranadək bişiririk.

Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (24 yanvar 2017 09:35)
Salam, sobada ən yaxşı holland pendiri əriyir .
Lamiya (23 yanvar 2017 10:12)
Uzerine holland pendirinin evezine adi ag pendir sepmek olar?
Xanım (21 yanvar 2015 14:54)
salam, bele bir qab yoxdu listde elemek olar?
Reseptaz (26 noyabr 2014 13:05)
tesekkurler
sevilzjf (25 noyabr 2014 16:11)
beyendim coooooooooooooooox oooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooox gozel
Reseptaz (22 avqust 2014 12:35)
Qiyməsini hazırlayarkən zövqə görə istəsəniz tökə bilərsiniz.
vusale (22 avqust 2014 12:24)
Cox sag olun
vusale (22 avqust 2014 12:23)
Qiymali makarona sarimsaq qatiq tokmek olar?
Reseptaz (16 avqust 2014 19:12)
Olar. Nuş olsun.
ilkin (02 avqust 2014 12:05)
Qiyme yerine başqa içlik toksek olar ve ya heç qiyme tokmesek olar?
Reseptaz (01 avqust 2014 10:18)
salam, sosu tokmeseniz sobada adi makaron olacaq..
mehrin (31 iyul 2014 20:58)
yazinda zehmet olmasa
mehrin (30 iyul 2014 20:51)
sosu tokmesek olar?
Arzu (30 iyul 2014 15:13)
Bunu bes nece derecede nece deq bisirirk?? Onuda yazinda
Natalia (30 iyul 2014 13:28)
Bunu nece derecede ve nece deqiqe bisirmek lazimdi?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.