Sobada pomidor, bibər, badımcan dolması



Ərzaqlar:



14-15 ədəd badımcan

5-6 ədəd şirin bibər

5-6 ədəd pomidor

1 kq bişmiş qiymə

2 x.q əridilmiş kərə yağı (ya da 4-5 x.q duru yağ)

1 dəstə reyhan

Duz

Istiot


Hazırlanması:

Badımcanı, pomidoru və bibəri təmizləyib yuyuruq. Badımcanın bir tərəfini kəsirik. Kəsilən yerdən içini duzlayırıq. Duzlanmış badımcanları başı aşağı qaba yığırıq acı suyu çıxsın. 25-30 dəqiqə saxladıqdan sonra əlimizlə sıxıb açı suyunu çıxarıb yuyuruq.



Bişmiş qiymənin üstünə reyhanı yuyub xırda doğrayırıq. (Qiymə üçün 1 kq ət, 2-3 baş soğan, duz, istiot, 1-2 x.q yağ və 2-3 ədəd pomidor) İçliyimiz hazırdır.



Pomidor ilə bibərin içini çıxarıb hazırlayırıq.



Badımcanları yağda hər bir tərəfini bişiririk. Nə çox bişməsin nə da çiy qalmasın. (Zövqə görə istəsəniz bibərləri də az yağda bişirə bilərsiniz)



Pomidor, bibər və badımcanın içinə az miqdarda duz və istiot vururuq. Hər birinin içini qiymə ilə doldurub soba qabına yığırıq.



Badımcanları qızartdığımız yağı yeməyin üstünə töküb 200 dərəcədə qızdırılmış sobada bişməyə qoyuruq.



Yeməyin suyu çəkilib yağa düşəndə götürürük.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (03 noyabr 2016 09:50)
Salam, qaynada da bilərsiniz. amma mən elə duzlayıram və acılığını bu şəkildə götürürəm.
ZuZu (02 noyabr 2016 19:42)
...ama men bele bisirmirem.Badimcan ve biberleri temizledikden sonra qaynadiram.Badimcanin aciligda gedir elede.
ZuZu (02 noyabr 2016 19:39)
Ürəyim gedir bu yemekden oteri..Mende cox gozel alinib
Leyla (18 iyun 2016 14:38)
Salam resept az cox xaiw edirem sualmi tez cavablandirardiniz.Badimcanlarin aciligin cixartmaq ucun duzlu suda 5 deqiqe qaynatmaq lazim deyil???onceden tewekkurmu bildirirem sizlere
Leyla (18 iyun 2016 14:38)
Salam resept az cox xaiw edirem sualmi tez cavablandirardiniz.Badimcanlarin aciligin cixartmaq ucun duzlu suda 5 deqiqe qaynatmaq lazim deyil???onceden tewekkurmu bildirirem sizlere
Reseptaz (24 aprel 2016 23:38)
salam, xeyir su tokulmur
lale (23 aprel 2016 15:22)
Salam xanimlar bele biwirdikde su tokmuruk?? Xaiw edirem cavab yazardiz
bəti (12 may 2015 23:57)
salam,axırda yazılıb suyu çəkilənədək,bəs o su özündən çıxır yoxsa əlavə etməliyik?onu qeyd etməmisiniz :)
Reseptaz (18 iyul 2014 09:23)
tesekkurler
Pəriş (17 iyul 2014 17:56)
Əllərinizə sağlıq.
Reseptaz (11 iyul 2014 12:12)
salam, beli qiyme olar, hetda kartof puresi ile de etmek olar..
mah (10 iyul 2014 18:07)
ellerinize saglig super gorunur.eminem ki,dadi da gorunusu geder var.RESEPT.AZ, gul pogacanin icine pendiri qiymeyle evezlemek olar?ne men ne yoldasim pendir yeye bilmirik.eger giyme istifade etsek pogacanin gornusu deyismez ki?xahish edirem cavablandirasiniz.tesekkurler!
Mila (10 iyul 2014 12:10)
Mende bele bisirirem cox dadli olur
Reseptaz (10 iyul 2014 09:38)
sag olun..
NAVAl (09 iyul 2014 19:15)
ELLERINIZE SAGLIQ

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.