Sobada pendir və badımcan ilə pomidorlu qat-qat



Ərzaqlar:



3 ədəd böyük badımcan

5 ədəd pomidor

100 q hollan pendiri

2 diş sarımsaq

5-6 x.q zeytun yağı

Duz

Istiot


Hazırlanması:

Badımcanın qabığını soyun iki bölüb nazik uzun doğrayırıq. Duzlayıb 10-15 dəqəqə saxlayırıq.



Pomidorun qabığını soyub xırda doğrayırıq.



Doğranmış pomidoru tavaya töküb 5 dəqiqə qovururuq. Sarımsağı xırda doğrayıb pomidorun üstünə əlavə edirik.



Duz və istiotunu töküb 5 dəqiqə də qovurub götürürük.



Badımcanı sıxıb acı suyunu çıxardırıq. Sonra su ilə yuyub yenidən sıxırıq.

Üstünə az duz əlavə edib tavada yağda hər iki üzünü qızardırıq.



Qaba əvvəlcə badımcanın yarısını düzürük.



Sonra pomidorun yarısını töküb yayırıq.



Pendiri sürtgəcin gözündən keçiririk.



Pendirin yarısını pomidorun üstünə səpirik.



Yenə qalan badımcanı düzürük.



Qalan pomidoru badımcanın üstünə yayıb pendirin qalanını səpirik.



180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (16 fevral 2014 21:17)
Çox sağ olun. Bişirin nuş edin.
heyat sensen (16 fevral 2014 20:13)
Cox gozel mende bisirecem tesekur.
Reseptaz (08 fevral 2014 22:37)
Salam. İstəyinizi nəzərə alacağıq.Təşəkkürlər.
Ilqar (23 dekabr 2013 18:26)
Zəhmət olmasa Et ruletinin reseptini yazardız.
Reqsanem (18 dekabr 2013 22:33)
Cox gozel gorunur mutleq bisirecem. Tewekkurler

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.