Sobada kotlet ilə tərəvəzli pendirli qat-qat



Ərzaqlar:



400 q qoyun ya mal əti

2 baş soğan

1 ədəd şirin bibər

4 ədəd kartof

4 ədəd pomidor

4 diş sarımsaq

4 ədəd alça turşusu

100 q holland ya kaşar pendir

2 x.q əridilmiş kərə yağı

Duz

Istiot


Hazırlanması:

Pomidoru yuyub dörd bölürük. Kartofun qabığını soyub yuduqdan sonra dörd bölürük. Soğanın qabığını soyub yuduqdan sonra birini ətin içi üçün saxlayıb digərini dörd bölüb nazik doğrayırıq.

Sarımsağı da təmizləyib yuduqdan sonra ikisini ətin içinə saxlayıb ikisini xırda doğrayırıq.

Birəri yuduqdan sonra ya halqa ya da nazik uzun doğrayırıq.



Əti soğan və sarımsaqla bir ət maşınından keçiririk.



Pendiri sürtgəcin gözündən keçiririk.



Qaba birinci ətin üstünə duz istiot səpib yaxşı qarışdırdıqdan sonra kotlet formasına salıb hər qaba üç ədəd qoyuruq.



Kartof qoyuruq.



Bibər tökürük.



Soğan, sarımsaq və turşu əlavə edirik.



Pomidoru üstünə düzürük.



Yağ, duz və istiot əlavə edirik. Hər qaba təxminən 2-3 x.q su əlavə edirik.



180-200 dərəcə qızdırılmış sobada bişiririk. Üzü tez qızarsa üzünə falqa kağızı qoya bilərsiniz.



Yeməyin suyu çəkilib yağa düşdükdə və kartof bişdikdə üstünə pendiri səpirik.



Pendiri töküb qoyduqdan sonra 5-10 dəqiqə də sobada bişirib götürürük.



Yeməyimiz hazırdır.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (05 may 2015 21:53)
Adi duxovka qablarında bişirə bilərsiniz. Nuş olsun.
seadet (25 aprel 2015 01:09)
Cox maraqli yemekdi. Amma bu qabdan cemi bir denedi məndə. Goresen bashqa hansi qabda bisirmek olar
Reseptaz (28 yanvar 2014 09:03)
elbetde olar, amma bele olanda artiq hazir 1 neferlik olur.
Seva (27 yanvar 2014 23:50)
deyerdizde zehmet olmasa bunu duxovkanin qabinda elesem olar?,

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.