Sobada kartof ilə ördək qızartması



Ərzaqlar:



2 kq-lıq ördək

6-7 ədəd kartof

1 ədəd baş soğan

4-5 x.q zeytun yağı

Duz

Istiot


Hazırlanması:

Soğanın qabığını soyub yuyub xırda doğrayırıq. Ördəyi təmizləyib yuyub sinə hissədən yarıya bölürük. İçini və çölünü zeytun yağı ilə yağlayırıq. Ördəyin içinə soğanı tökürük. Soğanın üstünə duz və istiot töküb qarışdırıb içinə yayırıq. Üstünü də duz və istiotlayırıq.



Kartofun qabığını soyub yuduqdan sonra dörd bölüb duz və istiot səpib qarışdırırıq.



Kartofu ördəyin içinə yığırıq. Soba üçün olan kloka ördəyi yerləşdirib ağzını bağlayırıq. 200 dərəcə qızdırılmış sobada 2 saata bişiririk sonra kloku üst hissədən açıb dərəcəni 210 dərəcəyə qoyub 30 dəqiqə də qızardırıq.



Yeməyimiz hazırdır.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (30 oktyabr 2017 15:44)
Salam, bəli katrofsuz da edə bilrsiniz. Plaovla birlikdə isə bişməsinə bişər ancaq dadları nə qədər uyğun gələr deyə bilmərəm. heç sınamamışam.
leyla (30 oktyabr 2017 10:52)
salam ressept az zehmet olmasa cavab yazardiz ordeyi soba klounda kartofsuz biwirmey olar?ayrica plov da demleyib ustunde vermey isteyirem ordek biwermi????cooox xaiw edirem cavab yazinda
leyla (30 oktyabr 2017 10:52)
salam ressept az zehmet olmasa cavab yazardiz ordeyi soba klounda kartofsuz biwirmey olar?ayrica plov da demleyib ustunde vermey isteyirem ordek biwermi????cooox xaiw edirem cavab yazinda
Leyla (05 fevral 2017 10:37)
Salam ressept az coox xaiw edirem deyerdiz .tavada ordekle kartof qizartmasin nece elemek olar ki et berk olmasin cooox xaiw edirem cavab yazidaa
Reseptaz (02 sentyabr 2015 22:47)
Salam. Bəli elə biz də marketdən alıb istifadə etmişik. Nuş olsun.
Leman (28 avqust 2015 16:05)
Ordeyi marketlerde satilir?
Reseptaz (25 yanvar 2014 23:32)
Salam. İstəyinizi nəzərə alacağam. Təşəkkür edirəm.
elnare (25 yanvar 2014 23:24)
cox saq olun,sizin reseptlerinizden faydalanırıq teşekkür edirem,ən cox quru yemeylerin ceşidleri cox maraqlıdır.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.