Sobada ətli pirojki



Ərzaqlar:

Xəmir üçün:



4st un

1/2 st ilıq süd

1/2 st ilıq su

1/2 st duru yağ

1 ədəd yumurta(sarısı üz üçün)

1 ç.q quru maya

1 x.q şəkər tozu

1ç.q duz

İç üçün:



500 q mal əti

50 q kərə yağı

1 baş soğan

Duz

Istiot

Üz üçün:

1 ədəd yumurta sarısı


Hazırlanması:

İçi hazırlamaq üçün ət ilə soğanı maşından keçirdirik. Üstünə yağı əlavə edib tam bişənədək qovururuq. Zövqə görə duz və istiotunu da tökürük. Ət tam bişdikdə içliyimiz hazır olacaq.



Su ilə şəkər tozu və mayanı qarışdırırıq. 5-10 dəqiqə saxlayırıq.



Unu bir qaba ələyib üstünə süd, yağ, yumurta, mayalı suyu və duz əlavə edib xəmiri yoğururuq.



Yumşaq xəmir olacaq.



Xəmirin üstünü örtüb isti yerdə 2 saat saxlayırıq.



Acıdıqdan sonra 22-23 kündə düzəldirik.



Oxlov vasitəsi ilə 0,5 sm qalınlıqda yayırıq.





İçlikdən 1 x.q qoyub yanlarını bərkidirik. Bu şəkildə bütün kündələri düzəldirik.







Bükülən tərəfi alta olmaqla qaba kağız sərib aralı yığırıq. (Kağız sərməyə də bilərsiniz.) 15-20 dəqiqə saxlayırıq.



Sonra üstünə yumurta sarısı çəkirik.



180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (24 oktyabr 2016 09:21)
Nilifer xanım salam. Sobaya qoyanda qabı yağlamağa ehtiyac yoxdur, içine pişirmə kağızı qoyun.
Reseptaz (24 oktyabr 2016 09:20)
Çox sağ olun...
Minaya (23 oktyabr 2016 06:28)
Resepte gore cox sag olun. xemir coxx dadli ve yumsaq alindi. evveller edende hec ureyimce olmurdu, amma bu defe cooxxx razi qaldim. Minnetdaram
Nilifer (29 iyul 2016 19:03)
Salam. Qabi yaglayiriq txofkaya qoyanda?
Reseptaz (29 fevral 2016 22:30)
Salam. Nuş olsun. Reseptdə olduğu kimi bişirsəniz əla alınacaq.
Dinare (27 fevral 2016 00:46)
Resepte gore cox saq olun cox super alindi.hemde dadli tewekkurler.
Fidan (25 fevral 2016 23:47)
Gozel reseptlere gore cox sagolun Allah razi olsun sizden.bilmek isdeyerim xemire maya yerine 1c q soda vurmaq olar?
terane (24 fevral 2016 21:55)
salam. men bu resepti etdim yaxwi alindi . wekildeki kimi. ama yagi cixib alti bir az qizardi. men altinida ustu kimi istirdim. neden olar ?
Maymun (08 oktyabr 2015 16:12)
Ulya nedi nişasta baci men bilmedim
Qonaq (08 oktyabr 2015 10:42)
nus olsun
Ulya (07 oktyabr 2015 21:48)
Salam. .men bu reseptlə etdim supeeer alindi coox tesekkur. .
sevinc (03 oktyabr 2015 19:33)
Salam xanim.men sudun yerine qatiq vururam.1 stekan.cox yumsaq alinir.amma nedense xemiri bir az duzsuz alindi e.
Reseptaz (23 sentyabr 2015 09:09)
cox sag olun, nus olsun. beli erzaqlari yari yariya artirin onda
Fidan (22 sentyabr 2015 09:41)
Birde tez tez yazirdim sehf suhf oldu uzurlu bilin
Fidan (22 sentyabr 2015 09:40)
Salam xanim cox ssagolun ele gewwng alindiki ele gewing xemir gelmiwdiki pramoy qazanin agzina kimi qalmiwti.))bir sualim olcak mende 4 stekan unla 2 list cixdi iwdi men 3 list elemek isdesem unu ne geder artirim I un artiranda migdarini obirsi erzaqlarin miqdari deyiwir?
sevinc (18 iyul 2015 13:29)
Her defe nese edende bu sayta baxiram.Bilirsiz burdaki tortlarin kekslerin demek olarki hamsini rtmişem super alınıb minetdaram size bele evdar xanimlara kömek olduğunuz ücün .Yeni reseptler olan kimi xahiş edirem paylaşın.
Reseptaz (05 may 2015 21:13)
Salam. Nuş olsun. Xəmiri yoğurduqda isitmək lazımdı. Sizin düzəltdiyiniz kimi xəmir gec acıyacaq. Yaxşı olmayacaq. Nuş olsun.
lale Amirova (05 may 2015 19:15)
Men sudu soyuq elave etdim pis olmaz ki?yeni soyuducudan cixarib tokdum.cox narahatam.hamida bu perawkinin biwmeyini gozleyir (
Aynur A-va (29 aprel 2015 20:42)
sizin reseptle ilk defe hazirladim cox gozel alindi. evdekiler cox beyendi. allah sizden razi olsun.
Reseptaz (18 aprel 2015 23:12)
Xoş sözlərə görə təşəkkür edirəm. Çox sağ olun. Nuş olsun.
Nigar (18 aprel 2015 22:16)
Qabaqlar internetden resept götürende heç ne alınmırdi..Amma indi sizin reseptleriniz sayesinde biliremki ne hazirlasam 100% alınacaq. Allah size can sağligi versin..Bed nezerden qorusun...Biz de baxaq,öyrenek...Hemişe var olun...
Nigar (18 aprel 2015 22:13)
Men kartofla eledim...Lezzetli oldu...
Reseptaz (13 mart 2015 21:56)
Nuş olsun.
Lale (05 mart 2015 12:06)
Niwanlim nece beyenibse bu perawkini hergun yemek isteyir cix xowuna gelir.deyesen iwe duwmuwem
Reseptaz (26 fevral 2015 22:27)
Salam. Mayanı adi qarışdırıb qoyuruq köpür. Ola bilsin köhmə olsun. Siz ən yaxşısı balaca paketlərdı satılan burdəfəlik quru mayalar var ondan istifadı edin onları heç islatmaöa ehtiyac yoxdu. Bur başa istifadə edilir. Tez də acıyır. Paketlər vanil paketi böyüklüyündə olur elə vanil qabartma tozu satılan yerlərdə Olur. Nuş olsun.
xedice (12 fevral 2015 13:10)
salam ela gorunur ellerinize saglig.men bilmek isteyirdimki bu mayali suyu isti yerde qoyub gozelyirik 15deqiqe ya ferqi yoxdu?cunki coxh vaxt mende alinmir mayali xemir acimir nese bu neden ola biler?mumkunse cavablandirarsiz inseallah
Reseptaz (28 yanvar 2015 22:32)
nuş olsun vaxt olmuqca yerləşdirməyə çalışırıq. Təşəkkürlər.
TurkanA (26 yanvar 2015 12:40)
Ela biwirdim kopya ele cixdi xahiw edirem yeni reseptler yerlesdirin sayita cox sagolun
Reseptaz (22 yanvar 2015 20:55)
Mən elə hazırlamamışam. Necə olscağını bilmirəm. Təşəkkürlər.
humay huseyinli (21 yanvar 2015 17:31)
sud yerne qatiq olar????????????????
gultekin (12 yanvar 2015 22:03)
nus olsun
gultekin (12 yanvar 2015 22:02)
salam,
Reseptaz (12 yanvar 2015 21:34)
Salam. Resept necədir elə niyə bişirmık istəmirsiniz. Mən qatıqla bişirməmişəm. Necə olacağını deyı bilmərəm. Təşəkkürlər.
leyli (12 yanvar 2015 13:20)
Sudun yerine qatiq tokmek olar
Reseptaz (07 yanvar 2015 21:21)
Nuş olsun. Təşəkkür edirik.
Leyla (03 yanvar 2015 19:18)
Mende bisirdim. Cox ela alindi. Bu gune kimi baxdigim en aydin sekilde basa salinan resept saytidi mende. Cox saqolun. Siz olmasaz biz neyliyerik ? :) amma mende 1 yumurtanin sarirsi bes etmedi hamisinin ustune.
Reseptaz (29 dekabr 2014 23:41)
Salam. İstədiyiniz içliyi qoya bilərsiniz.nuş olsun.
Lale (24 dekabr 2014 12:12)
Kecengun biwirib aparmiwdim ama demedi nece oldugunu :).dunen zeng edib deyir ki awkim yene o biwirdiyin perawkiden biwirde :).dedi xowuma gelmiwdi o.bugun yene xemir etmiwem 2saat ozunu tutsun biwirecem.size minnetdaram.birde sizden soruwum ki bu xemirin icine heyvanin agciyerini qovurub qoymaq olar?
Reseptaz (07 dekabr 2014 20:30)
Təşəkkür edirəm. nuş olsun.
Lale (07 dekabr 2014 11:57)
Allah sizden razi olsun.tam aydin bawa salmisiniz ki neyi ne qeder etmek lazimdi.Ela gorunuwu var mende indi xemirini edib biwirecem.gorek niwanlim beyenecek yoxsa yox :).netivceni mutleq yazacam bura :)

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.