Snikers tortu



Ərzaqlar:



Biskvit üçün:

1st +1/3 st un

1 st şəkər tozu

200 q xama

4 ədəd yumurta

100 q kərə yağı

Ç.q ucunda duz

1 paket qabartma tozu

3 x.q kakao

Beze üçün:

6 yumurta ağı

1,5 st şəkər tozu

Krem üçün:

150 q kərə yağı

1 banka bişmiş qatılaşdırılmış süd

Araları və üstü üçün:

250 q araxist ləpəsi

Üstü üçün:

200 q şokolad

20 q kərə yağı

Hazırlanması:

6 ədəd yumurtanın ağını sarısından ayırırıq.



Ağını bərkiyənə qədər mikserlə çalırıq.



Üstünə şəkər tozunu əlavə edib yenə çalırıq.



Bezeni diametri 26 sm olan qaba kağız sərib tökürük.100-110 dərəcədə qızdırılmış sobada 1 saata bişiririk. (Beze tamam qurumalıdır)



Biskiviti hazırlamaq üşün yumşaq kərə yağını şəkər tozu ilə mikserlə çalırıq.



4 ədəd yumurtanı əlavə edib yenə mikserlə çalırıq.



Sonra xamanı əlavə edib mikserlə çalırıq.



Bir qabda unu, kakaonu, duzu və qabartma tozunu qarışdırırıq.



Un qarışığını üstünə əlavə edib mikserin aşağı sürəti ilə yenə çalırlq.



Diametri 26 sm olan qaba kağız sərib (ya da qabı yağlayıb) xəmiri tökürük.



160 dərəcə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk.



Soyuduqdan sonra iki yerə bölürük. Araxisti qovururuq.



Kremi hazırlamaq üçün yağı ağaranadək çalırıq.



Sonra bişmiş qatılaşdırılmış südü əlavə edib çalırıq.



Əvvəlcə birinci layı qoyub kremləyib araxist səpirik.



Sonra bezeni qoyuruq. Yenə kremləyib araxist səpirik.



Biskvitin o biri layini da qoyub üstünü və yanlarını kremləyirik.



Şokoladı yağ ilə su hamamında əridib tortun üstünə töküb yayırıq.



Zövqə görə araxistlə bəzəyirik.







Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Aifde (16 fevral 2017 13:00)
Aife (16 fevral 2017 13:00)
elyane (11 sentyabr 2016 15:45)
Ellerinize sagliq superdi gornusu dadini prob edecem
Nermin (22 avqust 2016 17:36)
Resept
Reseptaz (10 avqust 2016 10:39)
Təşəkküklər..
Mehtap (08 avqust 2016 15:41)
Cok guzelmis azerice anlamadim ceviri yapdim internettden hazirladim cok guzel oldu fotodaki gibi cok da guzel olmasada siz nasil diyodunuz ellerinize saglik
Reseptaz (13 iyun 2016 16:41)
Nuş
Turanə (13 iyun 2016 13:40)
Superrrrrrrrrrrrrr.
Reseptaz (03 may 2016 23:12)
Təşəkkür edirik.
seva_nur (17 aprel 2016 18:54)
burada qeseng sirniyyatlar var,beyendim
Reseptaz (20 fevral 2016 13:56)
bezede olan 6 yumurtanin sarisi artiq qalir. basqa yemek veya sirniyyatda istifade ede bilersiniz
ASI (20 fevral 2016 11:07)
Desin deee kimse, nooooolar
ASI (20 fevral 2016 11:03)
Bəs 6 yumurtanın sarısı hara getdi?
nuray2007 (05 yanvar 2016 19:30)
cox dadli tortdu
Reseptaz (22 dekabr 2015 21:36)
sag olun, nus olsun
Ulya Qurbanova (22 dekabr 2015 14:50)
Əəla görünür, inşallah məndə bişirə bilərəm, təşəkkürlər
Vüsale (22 dekabr 2015 11:34)
Men bu tortdan bisirdim. Cox dadlidi. Cox lezzetlidi.
Bu tortun reseptini deyen xanima tesekkurumu bildirirem
Reseptaz (30 noyabr 2015 10:30)
cox sag olun
Cinare (30 noyabr 2015 07:08)
Hazirlayib reyimi bildirecem mütləq Coxsagolun
Reseptaz (28 noyabr 2015 10:42)
cox sag olun, 1 stekan ve ikincinin 3de 1-i , qram olaraq 265 qram edir.
Cinare (28 noyabr 2015 10:06)
salam men sizin sayti izleyirem ve cox reseptlerinizden istifade etmisem gozel alinib hazirladiqlarim guvenirem sizin sayta Təşəkkür edirəm bir sey sorusmaq isterdim snikers tortununun reseptindeki un 1st 1/3yazmisiz deqiq olcu ne qeder edir xais edirem cvblandirasiz
Reseptaz (05 iyun 2015 23:43)
salam, helelik ancaq bu var, basqa reseptle hazirlayanda onu da paylasacagiq. cox sag olun.
şehri (05 iyun 2015 22:22)
cavab yazinda
şehri (05 iyun 2015 15:55)
salam snikersin başqa resepi varsa yazinda tşk
Reseptaz (31 may 2015 21:07)
Nuş olsun.
abbas (31 may 2015 19:06)
Super reseptdir.teşşekkürlərrrrrrttr
Reseptaz (28 yanvar 2015 22:39)
Təşəkkür edirik.
Ulviyye (27 yanvar 2015 10:29)
Salam. Kişi idealı tortun resepti isterdim. Xaiş edirem mümkündüse onu sehvenize yerleşdirerdiz. Teşekkür edirem. Çox gözel her bir şeyi aydın şekilde gösterilir.
Reseptaz (16 yanvar 2015 19:01)
Salam. Bezeni tam bişirib qurudardınız. Biskvit niyə alınmayıb .? Növbəti dəfə yaxşı alınar. Təşəkkürlər.
Aysel (16 yanvar 2015 17:01)
Salam.. Ozumu terıflemek olmasın cox gozel tortlar bısırıre ... Amma bu tort alınmadı hem bıskıvıtı cox kovrek oldu dagıldı , hem de beze yas qaldı yanı qurumadı... Bır sozle ezıyyetım heyıf oldu.. Sızce nıye ?
Reseptaz (24 noyabr 2014 20:22)
Sakam.biskvit elə bərk olmur. Beze isə adi beze kimi olmalldır. nuş olsun.
Aysel (21 noyabr 2014 10:22)
Bezeni siz deyen kimi 1saat biwirdim cixardim. Ama ici duru qalmiwdi. Ele bildim qalanda berkiyecek. Ama berkimedi.
Aysel (21 noyabr 2014 10:21)
Biwirdim ama korju berk alindi. Adi biskivit xemiri ile biwirmek olmaz?
Reseptaz (17 noyabr 2014 21:35)
Salam. Xama əvəzinı qatı qatıqdan istifadə edə bilərsiniz. Hər kəsə nuş olsun.
ulviyye (13 oktyabr 2014 10:36)
Salam resepte göre tşk.
ulviyye (13 oktyabr 2014 10:34)
am6u69
ulviyye (13 oktyabr 2014 10:32)
7xvpu
A.....S (09 oktyabr 2014 19:22)
COX TEWEKKURLER RESEP UCUN COX ACIQDA YAZMISIZ DADLI OLDU BIR DAHA TEWEKKURLER
sevinc (13 sentyabr 2014 12:23)
Selam men turkiyede yasayiram burda xama yox du xama yerine ne elave edebilerem
Səidə (09 sentyabr 2014 19:12)
mən də bişirdim,ləzzətli alındı.təşəkkülər.reseptləriniz yaxşıdır,çox sağ olun:)

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.