Sitruslu kişmişli keks



Ərzaqlar:



1,5 st un

4/5 st şəkər tozu

250 q kərə yağı

5 yumurta

1/2 st kişmiş

3 x.q nişasta

1 x.q şəkər kirşanı

1 paket qabartma tozu

1 limon qabığı

1 portağal qabığı


Hazırlanması:

Kişmişi isti suya qoyub 15-20 dəqiqə saxlayırıq.



Kərə yağını şəkər tozunun yarısı ilə qarışdırırıq.



Yumurtanın ağını sarısından ayırırıq.



Kərə yağı qarışığının üstünə yumurta sarılarını əlavə edib qarışdırırıq.



Limon ilə portağalı sürtgəcin balaca gözündən keçiririk.



Yumurta ağını əvvəl köpüklənənə qədər çalıb sonra qalan şəkər tozunu az-az əlavə edib çalırıq.



Limon ilə portağalın qabığını və yumurta ağını yağ qarışığı ilə qarışdırırıq.



Unu ələyib nişasta, qabartma tozu və kişmiş ilə qarışdırırıq.



Un qarışığını kütləyə əlavə edib yavaş-yavaş qarışdırırıq.



Qabı yağlayıb unlayırıq və xəmiri qaba tökürük.





180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq. Tamam soyuyandan sonra üstünə şəkər kirşanı səpirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Vanilli kəsmikli piroq
Ərzaqlar: Xəmir üçün: 1,5 st un 100 q kərə yağı 2 x.q şəkər tozu İçlik üçün: 600 q kəsmik 4 ədəd yumurta 1 paket vanil 1/2 st
.Nağıl tortu
Ərzaqlar: Biskvir üçün: 6 ədəd yumurta 1 st un 1 x.q buğda nişastası 1 st şəkər tozu 1/2 paket vanil Krem üçün: 1 banka qatılaş
.Kişmişli kəsmikli balaca kekslər
Ərzaqlar: 200 q kəsmik 200 q kərə yağı 2 st un 1 st şəkər tozu 2 ədəd yumurta 1/2 st kişmiş 1 paket qabartma tozu 1 paket vanil
.Limonlu kəsmikli piroq
Ərzaqlar: Xəmir üçün: 2-2,5 st un 200 q kərə yağı 1/2 st st şəkər tozu 1 paket qabartma tozu İç üçün: 400 q kəsmik 2 ədəd yumur
.Moruqlu kəsmikli piroq
Ərzaqlar: Xəmir: 1,5 st un 1 ədəd yumurta 100 q kərə yağı 2 x.q şəkər tozu İçlik üçün: 600 q kəsmik 100 q xama 4 x.q şəkər to
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (27 fevral 2014 22:56)
yag az olanda bir az quru cixar. yene de isteyirsiniz bir yoxlayin
nurane (27 fevral 2014 19:03)
salam 250 qram yag cox oldu bu qeder porsa dadli alinmadi.olarki az yag vurmaq meselen 100qram
nurane (27 fevral 2014 19:03)
salam 250 qram yag cox oldu bu qeder porsa dadli alinmadi.olarki az yag vurmaq meselen 100qram



Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.