Şirinçörək



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:



4 st un

1 st şəkər tozu

150 q kərə yağı

2 ədəd yumurta(birinin sarısı üzü üçün)

1/2 st ilıq süd

1/3 ç.q duz

1/2 ç.q sarıkök

1/2 ç.q (keşniş toxumu, hil, musqat qozu,)

1/2 paket qabartma tozu

Üzü üçün:

1 ədəd yumurta sarısı

1/2 ç.q xaş-xaş

1/2 ç.q çörəkotu


Hazırlanması:

Yumşaq kərə yağı ilə şəkər tozunu mikserlə çalırıq.



Sonra yumurtanı əlavə edib mikserlə çalırıq.



Südü əlavə edib mikserlə çalırıq.



Duzu, ədavaları, qabartma tözunu və sarıkökü əlavə edib mikserlə çalırıq.



Əvvəlcə unun yarısını töküb aşağı sürətlə mikserlə çalırıq.



Sonra qalan unu əlimizlə töküb xəmiri düzəldirik. Kövrək yumşaq xəmir olacaq. Az da ələ yapışan bir xəmir olur.



Qaba kağız sərib əlimizi unlayıb xəmiri kağızın üstünə qoyuruq.



Qalınlığı 2 sm yayırıq.



Üzünə yumurta sarısı çəkib çəngəl ilə deşdəkləyirik və naxış vururuq.



Üstünə çörək otu və xaş-xaş səpirik.



190 dərəcə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk.



Soyuduqdan sonra doğrayıb çay süfrəsinə verə bilərsiniz.







Nuş olsun!


OXŞAR YAZILAR
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
.Almalı köklü keks
Ərzaqlar: 1 ədəd alma 1ədəd kök 50 q qoz ləpəsi 3 ədəd yumurta 1st şəkər tozu 1/2 st duru yağ 2 st un 1 paket qabartma tozu 1 x.q darçın H
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (18 aprel 2015 23:03)
Təşəkkür edirəm.nuş olsun.
leila (17 aprel 2015 16:45)
cox sagolun Allah sizden razi olsun. Sayenizde qaynanami heyran qoyuram )))
Reseptaz (16 aprel 2015 20:31)
Salam. Xəmirin hündürlüyü 2sm olur. Çox da elə mayalı xəmir kimi köpmür. Yəqin siz çox nazik yaymısınız. Diametri 20 sm olur.nuş olsun.
leila (14 aprel 2015 16:47)
birde zehmet olmasa deye bilersiz nece sm eninde xemiri yayirsiz?
leila (14 aprel 2015 16:41)
Salam men bugun bundan bisirdim. cox lezzetli cixdi. yalniz bir minus oldu yaxsi kopmedi. sebeb ne ola biler deye bilersiz? sud iliq idi. yumurta soyuq ve kend yumurtasi idi. xemir isti olmalidi yaxsi kopmek ucun?
Reseptaz (17 noyabr 2014 21:52)
salam.sadə çörəklərdə ədəvalardan istifadı olunmur. Başqa zövqə görə tökmək istəsəniz bişirə bilərsiniz. Nuş olsun. Yaxında çörək reseptləri sayta yerləşdirəcəyik.
NARINC (03 oktyabr 2014 13:41)
Salam.zehmet deyilse adi corek resepti deyerdiniz.hansi edviyyatlari adi corek xemirinde istifade elemek olar? tewekkurler
Reseptaz (04 mart 2014 21:01)
Salam. Siz deyən yəqin başqa reseptdir.Təşəkkürlər.
leyla (02 mart 2014 15:07)
Sirin corekin ici sirnili olur, amma burda bir bawqadi
leyla (02 mart 2014 15:06)
Sirniyyat
Reseptaz (01 mart 2014 21:32)
Salam. Pryanikin reseptini də bişirib qoyacağıq.Lady xanım əlavə un gərək qarmayaydınız. əlinizi unlayıb yayardınız. Çox un qatdığınız üçün bir az da bərkiyib.pesoklu xəmirə az oxşayır amma yumşaq olur.nuş olsun.
aynur (27 fevral 2014 20:12)
pyanik resptini deseniz mende bisirerdim
aynur (27 fevral 2014 20:12)
pyanik resptini deseniz mende bisirerdim
sevinc (22 fevral 2014 23:11)
Pryanik reseptini men de isteyirem
Lady (21 fevral 2014 10:34)
Salam.Mən dünən şirin çörəyi və şor qoğalını bişirdim ço...........x sağolun.Hər kəs çox bəyəndi eləcədə mən amma Şirin çörəyimin xəmiri bir az çox yapışqan və yumuşaq idi deyənə mən bir az artıq un vurdum bişəndən sonra bir az pesoçnu xəmiriə oxşadı.Bu normaldı?
Reseptaz (20 fevral 2014 23:49)
Salam. Lady xanım yumşaqdır.Bişirin nuş edin. turkane xanım hər kəsə nuş olsun.Hər ikinizə təşəkkür edirəm.
turkane (20 fevral 2014 21:48)
salam men bundan bisrdim cox super cixdi 1 gune yedik qurtardiq qonaqlarimizda gelmisid cay sufresine qoyduq bele reseptlerinizden cox olsun
lady (20 fevral 2014 15:17)
Salam.Hər zamanki kimi yenə mükəmməlsiz.Təşşəkür edirəm.Zəhmətolmasa deyin şirin çörəyə maya vurmasaq məyəm yumşaq olacaq?Çox sağolun və ən əsası əziyyətnizi halal edin.
Reseptaz (19 fevral 2014 21:17)
Salam. Sizin kimi resept istəyənlər çoxdu. Vaxt olduqca bişirib qoymağa çalışırıq.Təşəkkürlər.
turkane (19 fevral 2014 15:59)
salam men sizden pryanik resepti istemisidm axi ne vaxt edeceksiniz

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.