Şirin qoğal



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:



Xəmir üçün:

1 kq un

2 yumurta

1/2 ç.q sarıkök

1 ç.q dolu duz

2 -2,5 st süd

1ç.q quru maya

İçlik üçün:



1st un,

1 st şəkər tozu,

3x.q əridilmiş kərə yağı,

1/4 ç.q hil

İstəsəniz qoğalın içinə qoz da qoya bilərsiniz. (1st çəkilmiş qoz, 1st şəkər tozu, 1/4 ç.q hil)

Yağlamaq üçün:

400-450 q kərə yağı

Üzü üçün:

1 ədəd yumurta,

Xaş-xaş,


Hazırlanması:

Xəmiri hazırlamaq üçün stəkana mayanı töküb ilıq suda qarışdırırıq. 5-10 dəqiqə qalıb köpüklənir.



Südü ilıq qızdırıb sarıkök töküb qarışdırırıq.



Bir qaba unu ələyirik. Unun ortasını açırıq. Yumurtanı sındırırıq, duzu səpirik, mayanı və sarıköklü südü əlavə edirik.



Xəmiri qarışdırıb tam həll olananadək yoğururuq. Yumşaq xəmir olur. Xəmirin üstünə klyonka çəkib dəsmal qoyub acıması üçün üstünü örtürük.



İndi isə içliyi hazırlayaq. Unu tavaya töküb qazın üstündə qızılı rəngdə olanadək dayanmadan qarışdıra-qarışdıra qovururuq.



Hazır olanda əridilmiş yağı əlavə edib yaxşı qarışdırırıq.



Hazır kütləni başqa bir qaba boşaldırıq.



Kütlə soyuduqda şəkər tozunu və hili əlavə edib yaxşı qarışdırırıq. İçlik hazırdır.



Yuxaları yağlamaq üçün yağı qabda əridirik .



Üzünə çəkmək üçün yumurtanı bir qaba sındırırıq.



Xəmir 2 saata açıyır.



Xəmirdən 15 kündə düzəldirik.



5 dəqiqə qalır kündələr özünə gəlir.





Nazik yuxa yayırıq.





Yuxaların hər layını bir az dartıb böyüdürük və yağlayırıq.





Bütün yuxalar qurtardıqdan sonra kəsib hazırlayırıq.





Ortasını aralayıb içlik qoyub ağzını bükürük.









Azca əlimizlə yayıb ağızı yuxarı düzürük. Qurumasın deyə üstünü klyonka ilə örtürük.



Hazır qoğalları qaba düzürük.Üzərini yumurtalayb xaş-xaş səpirik.



220 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (29 iyun 2017 10:16)
salam, bu qayda edin inanıram ki, çox bəyənəcəksiniz
ayka (27 iyun 2017 18:13)
bu qogal deqiq qewey cixir biz edende biraz icliyi dagilir nece edeyki icliyi dagilmasin?
nihat (27 iyun 2017 17:58)
cox gozel bir qogaldir biwirib yiyene nuw olsun
Reseptaz (02 aprel 2017 13:57)
Salam, bəzi reseptlərdə yağ var, amma mən daim yağsız edirəm və həmişə yaxşı alınır...
Samire (01 aprel 2017 14:35)
Salam sualimi cavablandirsas sad olardim. Bes bu xemire yaq vurulmur. Bizim evde yaqda vururlar xemire ma herwey goze yari olunur deye deqiq resept axtarirdim. Sizin reseptlerw guvenim tamdi ama yenede dedim bir soruwum
Leyla (12 mart 2017 18:56)
Nece qat edirsiz qogali? 15 qat?
Reseptaz (10 mart 2017 09:13)
Çox sağ olun...
Nurane (09 mart 2017 22:53)
Sizin reseptleri iş istifade edrem ve superdi beyenirem duzdu biraz azaldram erzagi bezen ama sizden görmediklerini edrem ancag Allah razı olsun resept.az sahibine
Nurane (09 mart 2017 22:52)
Sizin reseptleri iş istifade edrem ve superdi beyenirem duzdu biraz azaldram erzagi bezen ama sizden görmediklerini edrem ancag Allah razı olsun resept.az sahibine
Reseptaz (28 fevral 2017 09:19)
Samira xanım, ərzaqları təxminən 2 dəfə artırın.
nurten (23 fevral 2017 18:14)
ddjkhjhgsdm
samira (07 yanvar 2017 17:06)
Salam men istiyirem cox bisirem meselen 45 50 dene bu reseptnen nece edin mayani da coxaldim
Nigar (02 noyabr 2016 18:25)
Salam.belke meslehet veresiz nece edim.qogalin her bir inceliklerin tam edirem yaymaq nazik yaglamaq amma bishende laylari acilmir bu neden ola biler?
Reseptaz (25 iyul 2016 00:11)
Lalə xanım, bəli elə də etmək olar.
aysel (23 iyul 2016 11:08)
Aysel vaqif
aysel (23 iyul 2016 11:07)
Eellaaddıı
lale (19 mart 2016 14:19)
salam xanim men sizin reseptle elemisem halhazirda sorusmaq isteyirem ki icliyi laylara sepmek olar.
senan (18 mart 2016 20:43)
Yarpag dolmasi
senan (18 mart 2016 20:43)
Yarpag dolmasi
Reseptaz (17 yanvar 2016 11:42)
cox sag olun. nus olsun
Afət (16 yanvar 2016 12:58)
Cox qesengdi un deqiliyi dogrudu
aynuss (01 dekabr 2015 16:34)
mekteb illeri...............
__Dangerous_Girl__ (25 noyabr 2015 18:48)
Cox Gozel, mende bele hazirlayiram:) Yenede Melumat Ucun Minnetdarliq Bildirirem:)))
sara (24 noyabr 2015 21:50)
butun bunlar isti otaqda olmalidir?
sara (24 noyabr 2015 21:50)
butun bunlar isti otaqda olmalidir?
resul (04 sentyabr 2015 17:42)
bisirdim eladi cox sagolun
Reseptaz (02 iyun 2015 19:51)
Salam. Çox sağ olun. Nuş olsun.
Gulya (02 iyun 2015 12:47)
resptleriniz cox gozeldir twk edirem
Gulya (02 iyun 2015 12:45)
salam
Reseptaz (15 mart 2015 22:36)
Salam. Bu reseptdir 20-25 qoğal alınır. Nuş olsun.
Samire (15 mart 2015 12:48)
Salam! Bu receptden nece dene gogal alinir???
Samire (15 mart 2015 12:48)
Salam,deyebilersiniz bu receptden nece dene gogal cixir??? Tesekkür!
Reseptaz (29 dekabr 2014 23:32)
Qoğalda yuxanı unla yayırıq. Paxlavalarda bişasta ilə yaya bilərsiniz . Buğda nişastası olə. Təşəkkürlər.
Hemide (26 dekabr 2014 14:23)
Suallarimi cavablandursaniz Cox sad olaram
Hemide (23 dekabr 2014 15:17)
Salam.Ellerinize sagliq.men butun reseptleri sizlen gotyrurem.cunki size ehtibarim tsmdi.Bilmek isterdim Yuxalari yayarken unla yaymaq meslehetlidi ya nisasta ile.bisintinin dadina,bisintinin yumusaqligina ferqi olurmu?Bu yuxalari nisasta ile yaymaq olarmi?yuxalarin yayilmasinda hansi nisatadan istifade edikir?qargidali ya bugda?zehmet olmasa suallarini cavablandirin.omceden tesekkur edirem.
Reseptaz (15 dekabr 2014 22:37)
Nuş olsun.
gunel (14 dekabr 2014 13:04)
beh beh
Reseptaz (05 dekabr 2014 22:22)
nuş olsun.
vefa (05 dekabr 2014 10:05)
tesekkur edirem mutleq bu qogallardan bisirecem usaqlarim sirin qogali cox sevirler
Reseptaz (04 dekabr 2014 22:30)
salam. Bu reseptin ərzaqlarını 4 də vurub bişirməlisiniz. Təşəkkürlər.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.