Simit



Ərzaqlar:



3 st un

1/3 st duru yağ

1 st ilıq su

4 x.q bəhməz

1/2 ç.q duz

1 paket quru maya

Küncüt (1 st)


Hazırlanması:

İlıq sudan 4 x.q bəhməzin üstünə töküb qarışdırıb bir kənara qoyuruq.



Ələnmiş unun üstünə suyu, duzu, mayanı və yağı əlavə edib yumşaq xəmir yoğururuq.



Xəmirin üstünü örtüb isti yerdə 1 saat saxlayırıq.



Bir saatdan sonra xəmirdən 6 kündə düzəldirik.







Kündənin birini götürüb əlimizlə uzadırıq və iki qatlayırıq.



Açıq ucunu bərkidib iki tərəfdən əlimizlə bururuq.



Burulmuş xəmirin uclarını birləşdiririk.



Hazırladığımız burulmuş xəmiri əvvəlcə sulu bəhməzə salırıq.



Sonra çıxarıb çüncütün içinə salırıq. Hərtərəfini küncütləyirik.



Bu şəkildə hamısını düzəldib qaba kağız sərib aralı yığırıq.



Bir saat saxlayırıqxəmir özünə gəlib və şişəcək.



Bir saatdan sonra sobanı 220 dərəcə qızdırıb 20 dəqiqəyə bişiririk.



Buyurub nuş edə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (11 avqust 2017 12:20)
Salam, 6 ədəd çıxır. Yox çox olmaz..
Jale (10 avqust 2017 18:35)
Salam. Sizin yazdığınız miqdardan tam olaraq neçe simit çıxır? Birde malzemelerin 2 qatın istifade edende duru yağda ikiqat istifade olunacaq o çox olmaz? İndiden çox teşekkür
Jale (10 avqust 2017 18:33)
Salam. Sizin yazdığınız miqdardan tam olaraq neçe simit çıtır? Birde malzemelerin 2 qatın istifade edende duru yağda ikiqat istifade olunacaq o çox olmaz? İndiden çox teşekkür
Reseptaz (29 iyun 2017 10:15)
salam. bəhməz ilə künçütlər yaxşı yapışır. dadı və qırmızılığı yaxşı olur.
elay (27 iyun 2017 16:22)
Salam behmez ile etmesek olar xais tez cvb yazardiz
Reseptaz (13 aprel 2017 20:25)
salam, olar amma xəmir daha gec gələcək...
Asia (13 aprel 2017 17:51)
Salam,tez maya evezine,adi pakmaya droj istifade etsem olar.
Reseptaz (16 fevral 2017 15:45)
Salam, adi maya ile alinmaz tez maya lazimdir
Leyla (15 fevral 2017 16:45)
Salam. Xaiw edirem deyerdiz adi maya qatsam olar??xm7zk3
Eli (06 fevral 2017 17:22)
Çox gözəl yazmısınız satda
GULSEN (11 sentyabr 2016 11:53)
Salam.Behmezin yerine basqa ne ise istifade etmek olar?ALLAH RAZI OLSUN!
Reseptaz (15 avqust 2016 11:13)
Salam, smitin dadının satınalma smitlərdən daha yaxşı olduğuna əmin ola bilərsiniz.
leyla (13 avqust 2016 12:18)
Salam ressept az xaiw edirem sualma cavab yazardiz bu simitin dadi nece olur?yaxwi olur?biwirmek isteyirem beyenerlerse bilmirem
leyla (10 avqust 2016 21:23)
Salam. Xanimlar zehmet olmasa deyerdiz bunun dadi neece olur biwirmek isteyirem
Memmed (11 fevral 2016 21:21)
maraqlidir
Reseptaz (06 fevral 2016 23:22)
nus olsun
Ehtiram (06 fevral 2016 22:06)
Mənim uşaqlarım çox xoşlayır smiti özümdə tez tez bişirirəm
sebine (16 noyabr 2015 14:33)
salam men bugun simit eledim ela cixdi resebte gore cox sagolun??
twnzale (28 oktyabr 2015 20:47)
bütün smit raseptlerində bhməzdən istifadə olunur?
Reseptaz (02 sentyabr 2015 22:38)
Maya ilə etsəniz yaxşıdı. Nuş olsun.
gunay (30 avqust 2015 10:51)
men rob eledim eladi
gunay (21 avqust 2015 10:41)
qabarma tozu olar mayanin yerine ne qeder ya maya nece qiram
gunay (21 avqust 2015 10:40)
salam tsk mende bu resepti axdarirdim
Reseptaz (21 avqust 2015 10:34)
salam, beli olar
konul (20 avqust 2015 19:04)
Suyun yerine sud istifade elemek olarmi smit ucun.
aytac (26 iyul 2015 19:18)
salam mene sade ev weraitinde hazirlanan dondurma reseptini yaza bilersiz.indiden twk
gulay (16 iyul 2015 14:57)
mene sade dondurmanin reseptini deye bilersiz indiden cox sag olun
Lale Amirova (07 iyul 2015 18:22)
Salam cox xahiw edirem tiramisu tortunun reseptini yazasiz.evvelceden cox sagolun.
Reseptaz (06 iyul 2015 11:56)
salam, 1 paket tez maya, 10 qr-liq paketler olur.
Gülü (05 iyul 2015 15:49)
1 paket quru mayanin qasiqnan miqdarini deye bilerdiz?nece qasiq edir?
Reseptaz (30 iyun 2015 09:41)
bəli olar
s.s (29 iyun 2015 16:27)
İçinə pesoq toksek olar???
Reseptaz (05 may 2015 21:49)
Çox sağ olun.
samire (24 aprel 2015 12:48)
Nus olsun
Reseptaz (24 fevral 2015 22:21)
Nuş olsun.
ulviyye (23 fevral 2015 22:52)
simit ucun tesekkurler
Reseptaz (11 dekabr 2014 21:56)
Salam. Smit elə də şirin olmur axı. Nuş olsun.
nurane02 (11 dekabr 2014 15:05)
Salam resepte gore tewekkur edirem men hazirladim cox gozel alindi ancaq elebilki sirinliyi az oldu o neden olur behmezede bol batirmisdim
Reseptaz (04 dekabr 2014 23:10)
çox sağ olun. Nuş olsun.
lezzetli yemekler (26 noyabr 2014 23:39)
cox eladi tesekkurler

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.